Mobil versiya
Bakı kəndlərində çirkab suları təmizlənmədən dənizə axıdılır
Tarix: 08-06-2022 | Saat: 16:24
Bölmə:Media | çapa göndər

Bakı kəndlərində çirkab suları təmizlənmədən dənizə axıdılır

“Hər il Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərdə dəniz suyunun laboratoriyası həyata keçirilir”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

O qeyd edib ki, sahilyanı ərazilərdə də sanitar baxış aparılır:

“Bakı şəhərinin - Suraxanı, Səbail, Xəzər, Qaradağ, Sabunçu və Binəqədi rayonları, eləcə də respublikanın şimal və cənub zonaları və Sumqayıt şəhərində də sahilyanı ərazidə monitorinq aparılıb. Xəzərətrafı rayonlarının bəzi kəndlərində çirkab suları təmizlənmədən dənizə axıdılır. Təbii ki, bu, dəniz suyunun bakterioloji çirklənməsinə gətirib çıxarır ki, insanların bağırsaq çöpü ilə xəstələnməsinə, mədə-bağırsaq pozğunluğuna səbəb olur”.

Qurum rəsmisi əlavə edib ki, may ayının 16-dan Xəzər dənizinin suyunun monitorinqi aparılıb:

“Amma mayın sonu yağışlı olduğu üçün monitorinqlər dayandırılmışdı. İyunun əvvəlindən yenidən analiz götürüldü. İyunun 15-nə kimi monitorinqlərin nəticələri barədə ictimaiyyətə geniş məlumat verəcəyik”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024