Mobil versiya
Buzovna çimərliyi yenə hasarlandı
Tarix: 08-06-2022 | Saat: 14:59
Bölmə:Media | çapa göndər

Buzovna çimərliyi yenə hasarlandı

Çimərlik mövsümünün başlamasına az qalıb, lakin Xəzər dənizinin Buzovna çimərliyindəki müəyyən hissə hasara alınıb. Dəniz kənarında dincəlmək üçün sakinlər hasarları aşmaq üçün müəyyən kilometr yol qət etməli olacaqlar.

AİA.Az xəbər verir ki, məsələ ilə bağlı ARB24 süjet hazırlayıb.

Bildirilib ki, məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edilsə də, qurum hadisədən xəbərdardır, lakin icazənin onların deyil, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) verdiyi qeyd olunub.

BŞİH isə ərazinin Xəzər Rayon İcra Hakimiyyətinin balansında olduğu əlavə edilib.

Qeyd edək ki, daha əvvəl də Xəzər rayon ərazisində torpaq sahələri qanunsuz zəbt edilmişdi. Sakinlərin şikayətindən sonra özbaşına tikinti sökülmüşdü.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024