Mobil versiya
"Azərbaycanım" rəsm festivalı çərçivəsində Şamaxıda uşaqlar ilə plener keçiriləcək
Tarix: 08-06-2022 | Saat: 13:39
Bölmə:Təhsil | çapa göndər

"Azərbaycanım" rəsm festivalı çərçivəsində Şamaxıda uşaqlar ilə plener keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 9 iyun 2022-ci il tarixində, saat 10:00-da "Azərbaycanım" V Respublika uşaq rəsm festivalı çərçivəsində Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin uşaqları ilə Xətai Sənət Mərkəzinin qarşısında plener keçiriləcək.

Festival çərçivəsində baş tutacaq plener uşaqlararın yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan təbiətinin təsviri sənət müstəvəsində tərənnümü məqsədilə keçiriləcək.

Nəzərinizə çatdıraq ki, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi "Azərbaycanım" V Respublika uşaq rəsm festivalı çərçivəsində keçirilən müsabiqədə fəallığına görə dəvət olunur.

"Azərbaycanım" V Respublika uşaq rəsm festivalı "ŞUŞA İli çərçivəsində reallaşır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024