"İri supermarketlər ərköyünlük edir"
Tarix: 18-05-2016 | Saat: 13:46
Bölmə:İqtisadiyyat | çapa göndər
"Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda vergi yükü və yoxlamaların sayı kifayət qədər azaldılıb".
Aia.az azvision.az-a istinadən bildirir ki, bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrünə nisbətən bu ilin 4 ayı ərzində səyyar vergi yoxlamaları 45,1 faiz, kameral vergi yoxlamaları 2,5 dəfə, operativ vergi yoxlamaları isə 13 dəfə azaldılıb.
Sahib Ələkbərov iri supermarket şəbəkələrinin vergi güzəştləri təklifinə də münasibət bildirib: "İri supermarket şəbəkələri ərköyünlük edir. Bu ildə apardığımız xronometraj müşahidələri zamanı məlum olub ki, faizlə yox, dəfələrlə dövriyyəni gizlədirlər. Artıq 3-4 dəfə dövriyyənin gizlədilməsi bizə adi hal kimi gəlir. Tanınmış iri supermarket şəbəkələrindən biri 15, hətta 40 dəfə aşağı göstərənlər var".
Nazir müavini əlavə edib ki, ƏDV istehlak vergisidir və bunun iri supermarket şəbəkələrinə aidiyyatı var: "Güzəşt istəklə verilmir. Dövlətin iqtisadi qurumları bununla bağlı geniş araşdırmalar aparır ki, bundan vətəndaş nə qazanacaq, büdcə nə itirəcək və bunu hansı yolla kompensasiya etmək olar. Bizə misal çəkirlər. Bəzi ölkələrdə kənd təsərrüfatı məhsullarına ƏDV tətbiq olunmur. Bu, çox diletant yanaşmadır. Axı həmin ölkələrdə kənd təsərrüfatında güzəştlər yoxdur`.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024