Mobil versiya
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
Tarix: 07-06-2022 | Saat: 11:33
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,2 ABŞ dolları, yaxud 0,95 % artaraq 127,13 ABŞ dolları təşkil edib.
Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı qərar "qara qızıl"ın qiymətindəki artımı sürətləndirib.
Hərraclarda "Brent" markalı neftin avqust fyüçersləri 119,51 ABŞ dollardan satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024