Mobil versiya
Lənkəranda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
Tarix: 01-06-2022 | Saat: 18:56
Bölmə:Ölkə | çapa göndər

Lənkəranda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

AİA.Az xəbər verir ki,Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının qərargahında YAP Lənkəran rayon təşkilatı və 2 saylı ərazi partiya təşkilatı ilə birgə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sağlamlıq imkanları məhdud olan uşaqlarla əyləncəli tədbir keçirilib.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, 2 saylı Ərazi partiya təşkilatının sədri Sosial xidmətlər agentliyinin Lənkəran –Astara regional filalının müdiri Ramin Hücətovda iştirak ediblər.

Tədbirdə təşkilatın sədri İqbal Əmənullayev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib.

Daha sonra 2 saylı Ərazi partiya təşkilatının sədri Ramin Hüccətov çıxış edərək , Ölkəmizdə uşaqlara diqqət və qayğı həmişə yüksək səviyyədə olub. Ulu öndər Heydər Əliyev hər zaman uşaqlara diqqət yetirirdi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. I Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqlara, onların sağlam böyüməsinə çox böyük diqqət göstərir. Bu gün münasibətilə bütün uşaqları təbrik edib .

Daha sonra tədbir uşaqlar üçün hazırlanmış əyləncəli proqramla davam etdirilib.

Bayram tədbirinin sonunda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024