Mobil versiya
Göygöl rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Tarix: 01-06-2022 | Saat: 14:41
Bölmə:Ölkə | çapa göndər

Göygöl  rayonunda  Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  tədbir keçirildi


Göygöl rayon İcra Hakimiyyəti və YAP Göygöl rayon təşkilatı tərəfindən təşkil olunmuş tədbirdə Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Turani Əliyev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə və Həmkarlar təşkilatlarının rəhbərləri, şəhid ailələri, ziyalılar və gənclər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı Turani Əliyev iştirakçıları salamladıqdan sonra, Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1 iyun 1950-ci ildə BMThttps://az.wikipedia.org/wiki/BMT Baş Assambleyası tərəfindən qeyd olunmasının qərara alındığını, həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndiyini və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verildiyini, bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşdüyünü bildirmiş, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da həmin günün qeyd edildiyini,Respublikamızda uşaq-gənclər siyasətinin uğurla həyata keçirildiyini vurğulayaraq, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bütün uşaqları təbrik etmişdir.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək öz növbəsində uşaqları təbrik edib və onlara xoş arzularını bildirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, cəmiyyətdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlərin sistemləşdirilməsi, maarifləndirmənin həyata keçirilməsi və bu proseslərin diqqətdə saxlanması sahəsində böyük işlər görüldüyünü,uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzaladığını diqqətə çatdırmış, bütün uşaqların diqqət, qayğıya və müdafiəyə ehtiyacı olduğunu vurğulayaraq, bu işdə şəhid övladlarının xüsusi payının olduğunu önə çəkmişdir.Vüqar İsayev qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərindən biridir.

Tədbir rayon Mədəniyyət evinin kollektivinin və uşaq tərbiyə müəssisələrinin hazırladığı musiqi proqramları ilə davam edib,

Yekunda Turani Əliyev və Vüqar İsayev tərəfindən şəhid övladlarına qiymətli hədiyyələr təqdim olunmuş, rayonun ictimai-siyasi həyatında fəal iştirakına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Möhtəsim Səmədov və Dilarə Mövlayeva YAP Göygöl rayon təşkilatı tərəfindən Fəxri fərmanla təltif olunmuşlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024