Sumqayıt Dövlət Universiteti ilə Manisa Celal Bayar Universiteti arasında memorandum imzalandı - FOTOLAR
Tarix: 31-05-2022 | Saat: 11:11
Bölmə:Təhsil | çapa göndər
AİA.Az xəbər verir ki,mayın 27-də Türkiyənin Manisa Celal Bayar Universitetinin nümayəndə heyəti rektor prof. Dr. Ahmet Ataçın rəhbərliyi ilə Sumqayıt Dövlət Universitetində oldular.
Əvvəlcə rektor professor Elxan Hüseynov Türkiyənin Manisa Celal Bayar Universitetinin rektoru prof. Dr. Ahmet Ataçın ilə görüşdü qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirdi və dəyirmi masa ətrafında keçən görüşdə elmin, təhsilin inkişafına dair birgə fikir mübadiləsi aparıldı.
Görüş zamanı rektor əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan–Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, təhsil sahəsində də əlaqələrin gələcək inkişafında maraqlı olduğunu xüsusi vurğuladı. Bildirdi ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.
Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bugün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Rektor onu da qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyinin rolu danılmazdır.Bugün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla-qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri uğurla inkişaf etdirirlər.
Sonra rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verərək bildirdi ki, SDU beynəlxalq proqramlar çərçivəsində qardaş Türkiyə universitetləri ilə sıx əməkdaşlıq edir. Sumqayıt Dövlət Universiteti ilə Manisa Celal Bayar Universiteti arasında qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirdi, imzalanacaq memorandum hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə stimul verəcəyini qeyd etdi.
Manisa Celal Bayar Universitetinin rektoru Prof. Dr. Ahmet Ataç səmimi qarşılanmaya və imzalanacaq memoranduma görə SDU-nun rektoru professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, universitetlər arasında imzalanacaq əməkdaşlıq memorandumu münasibətlərin genişlənməsi ilə yanaşı, elmin və təhsilin inkişafına böyük təkan verəcək.
Daha sonra universitetin Kiçik akt zalında professor-müəllim heyətinin iştirakı ilə Sumqayıt Dövlət Universiteti adından rektor, professor Elxan Hüseynov, Manisa Celal Bayar Universiteti adından isə rektor Prof. Dr. Ahmet Ataç arasında memorandum imzalandı.
Qeyd edək ki, memorandumun predmeti tərəflər arasında təhsil və elm sahəsində ikitərəfli maraq kəsb edən əməkdaşlığın qurulması, tərəflərin təcrübə və imkanlarına əsaslanaraq universitetlərarası əlaqələrin genişləndirilməsi, möhkəmləndirilməsi və inkişaf etdirilməsidir.
Sonra Manisa Celal Bayar Universitetinin nümayəndə heyəti universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində oldular. Mərkəzin müdiri Təranə Namazova qonaqlara mərkəzin yaranması, fəaliyyəti, Ümummilli Liderin həyatı haqqında ətraflı məlumat verdi və onlara universitet haqqında ətraflı məlumatları əks etdirən bukletlər və hədiyyələr təqdim etdi.
Məlumat üçün bildirək ki, Manisa Celal Bayar Universiteti 1992-ci ildə yaradılmışdır. Universitetdə Tibb, İqtisadiyyat və idarəetmə, Mühəndislik, Ədəbiyyat, İdman, Biznes, İlahiyyat, Diş həkimliyi, İncəsənət və memarlıq və digər fakültələr fəaliyyət göstərir.
MCBU Avropa Universitetləri Birliyi, Avropa Erasmus Koordinatorları Birliyinin aktiv üzvüdür. Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan universitetlərlə əməkdaşlıq müqavilələri mövcuddur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024