Mobil versiya
Vüqar Əliyev: “Azərbaycan xalqı yalnız Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə əsil və əbədi müstəqilliyini əldə etdi”
Tarix: 30-05-2022 | Saat: 16:30
Bölmə:Ölkə | çapa göndər

Vüqar Əliyev: “Azərbaycan xalqı yalnız Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə əsil və əbədi müstəqilliyini əldə etdi”

1918-ci ilin may ayının 28-də, son dərəcə ağır və gərgin ictimai-siyasi hadisələrin cərəyan etdiyi bir dövrdə Azərbyacan öz müstəqilliyini elan etmişdi. Gənc və zəif dövlətin qurucuları Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq üçün həm ölkənin daxilində, həm də xaricində kök salmış düşmənlərə qarşı mübarizə aparırdılar. Ancaq bu cümhuriyyət çox yaşaya bilmədi. Cəmi iki ilə yaxın müddət ərzində aparılan mübarizədə bir çox sahədə nailiyyətlər əldə edilsə də, o vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi, həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Müstəqiliyin elanından bir gün sonra yeni yaradılmış hökumət qədim Azərbaycan şəhəri olan İrəvanı ermənilərə güzəştə getməyə məcbur oldu. Çünki XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm deyildi. Dünya imperializmi və yenidən, bu dəfə artıq sovet rejimi formatında dirçələn Rusiya imperiyası buna imkan vermədi. Sovet hakimiyyəti illərində də vahid dövlət daxilində olsaq da ermənilər ölkəmizə qarşı öz torpaq iddialarından əl çəkmədilər. Ötən əsrin sonlarında isə, Sovetlər Birliyinin dağılması ermənilərin beynəlxalq güclərə arxalanaraq Qarabağı işğal etməsi ilə nəticələndi. 30 il ərzində işğalda saxladıqları bu cənnət diyarı xarabazarlığa çevirdilər, daşı daş üstə qoymadılar. Burada baş verənlər erməni vandalizminin, faşist dünyagörüşünün bariz nümunəsi oldu.

Lakin Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə əsil və əbədi müstəqilliyini əldə edən Azərbaycan öz haqq işi uğrunda mübarizəsindən bir an belə geri çəkilmədi. Ardıcıl və məqsədyönlü siyasət, uğurlu diplomatiya, iqtisadi və hərbi sahədə qazanılmış nailiyyətlər və siyasi sabitlik bu proseslərin sonunu gətirdi. Ulu Öndər ideyalarının mübariz davamçısı Cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın milli birliyi öz sözünü dedi. 44 günkül Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getdilər. Üç minə yaxın şəhidimizin qanı bahasına tarixi torpaqlarımız işğaldan azad olundu. Azərbaycan xalqı tarixə adını müzəffər xalq kimi yazmağı bacardı. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Dünyaya sübut elədik ki, bizim qəlbimizdəki Vətən sevgisinin qarşısında heç bir güc, heç bir silah davam gətirə bilməz. Sübut elədik ki. Öz liderinin ətrafında sıx birləşən bir xalqı yenmək olmaz.

Bu gün artıq Azərbaycan işğaldan azad edilmiş torpaqlarında möhtəşəm quruculuq işləri görür. Bu ərazilərə “Böyük qayıdış” başlayıb. Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində bərpa-quruculuq işləri surətlə davam edir. Zəngilanın Ağalı kəndində icra edilən birinci pilot layihə başa çatmaq üzrədir. Bir il bundan əvvəl başlayan layihənin icrası ilə 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Bu kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bunlar göstərir ki, ermənilərdən fərqli olaraq biz azərbaycanlılar qurub yaratmağı sevirik. Onlar kimi dağıtmaq, məhv etmək, saxta tarix yazmaq kimi işlər bizə yaddır.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin nəticəsi olaraq yaranmış yeni reallıqlar budur ki, bu gün Azərbaycan Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi güc mərkəzidir. Bunun əsasında isə zəngin iqtisadi potensialdan səmərəli istifadə və çoxkombinasiyalı siyasi diplomatiya dayanır. Cənab prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya həm iqtisadi inkişafın həm də müharibədə qazanan qələbənin siyasi əsasıdır. Dünyada iqtisadi cəhətdən müstəqil ölkələrin az olduğu bir dönəmdə Azərbaycan regionda yardıma, kreditə ehtiyacı olmayan yeganə ölkədir. Bu da Azərbaycana müstəqil siyasət yürütmək imkanı verir və əsl müstəqillik də budur. Beynəlxalq siyasi-iqtisadi müstəvidə gələcəyə aydın nəzərlərlə baxan siyasi və akademik çevrələr Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Bu faktdır və Azərbaycanın illər ərzində yaradıb formalaşdırdığı, Vətən müharibəsindəki zəfərlə də nidasını qoyduğu tarixi reallıqdır. Dövlət rəhbərimizin yürütdüyü müstəqil siyasət, müasir çağırışlara uyğun çevik qərarlar verərək zamanında həyata keçirməsi qazandığımız uğurların aparıcı qüvvəsi olmuşdur. Azərbaycan Prezidenti hazırkı gərgin dünyamızda apardığı müstəqil siyasətlə ölkəmizin milli-strateji inkişaf xəttini uğurla həyata keçirir. Ölkəmizə böyük tarixi nailiyyətlər qazandırmaqla yanaşı, bir çox qlobal problemlərin aradan qaldırılmasına, bəşəriyyət üçün daha gözəl bir dünyanın qurulmasına mühüm töhfələrini verir.

Vüqar Əliyev,
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-01-2025