Mobil versiya
İnkişafın təməlində sabitlik və güclü dövlət, güclü rəhbəri amili dayanır
Tarix: 30-05-2022 | Saat: 12:36
Bölmə:Ölkə | çapa göndər

İnkişafın  təməlində sabitlik və güclü dövlət, güclü rəhbəri amili dayanır

Müstəqillik gününün 104-cü ildönümü ərəfəsində Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident mehraiban əliyeva Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Dövlətimizin başçısı dəfələrlə bəyan etmişdi ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan "Ağıllı kənd" , "Ağıllı şəhər" konsepsiyaları asasında bərpa olunacaq.

Cənab Prezident açılış mərasimində çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət bildirdi. İlk növbədə qarşıdan gələn Müstəqillik Günü münasibəti ilə mərasim iştirakçılarını təbrik edın cənab Prezident bildirdi ki, Müstəqillik Günü ərəfəsində bu tədbirin keçirilməsinin böyük rəmzi mənası var. Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsi müstəqilliyimizin möhkəmləndirilməsindən asılı idi. İndi hər bir Azərbaycan vətəndaşı, hər bir insan görür ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xöşbəxt yaşaması üçün əsas amildir.
Cənab Prezidentin çıxışında bildirdi ki, Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində fəaliyyət göstərmişdir. Qeyd olunmuşdur ki, dövlət müstəqiliyimiz elan olduqdan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. XX əsrin əvvələrində və sonrakı dövrlərdə Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənə bilməmişdi. Ona görə xalqımız böyük faciələrlə qarşılaşmışdı. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtki hakimiyyət torpaqlarımızı qoruya bilmədi.

1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan Azərbaycanın tarixi torpağı olan Qərbi Zəngəzur Azərbaycandan ayrılıdı və Ermənistana birləşdirildi. Bu Azərbaycan xalqına qarşı növbəti düçmənçilk və ədalətsizlik idi. Müasir Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da, vəziyyət çox dəyşmədi. 1991-ci ilin oktyabrından 1993-cü ilə qədər Ermənistan Azərbaycan qarşı təcavüzkar siyasətindən əl çəkmədi, müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti xalqımıza qarşı Xocalı soyqırımını törətmişdir. Bundan sonra Ermənistan bu işğalçılıq siyasətini davam etdirmiş Qarabağı və ətraf rayonları işğal etmişdir.

Ancaq 1993-cü ildən başlayaraq xalq Ulu Öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etdikdən sonra Azərbaycanın müstəqillik həyatı başlamışdır. Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət imkan verdi ki, Azərbaycan həm siyasi , həm də iqtisadi müstəqilliyini möhkəmləndirsin və qarşıya qoyulmuş bütün vəzifələri, o cümlədən ən əsas vəzifəni, işğal altında olan torpaqlarımızı işğaldan azad edilməsini reallaşdırsın. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünügöstərdi, həm də mənəvi keyfiyyətini göstərdi. Azərbayca Ermənistandan fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmadı, kənd və şəhərləri yerlə-yeksan etmədi.

İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələri dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, bu il ilk məhsul götürüləcək. Görülən işlərin miqyası çox böyükdür. Müqayisə üçün demək lazımdır ki, azad edilmiş ərazilərin sahəsi dörd Lüksenburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir.

Bu gün dövlətimizin başçısı İlham Əliyev bu prinsipləri əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün fəxrlə deyirik ki, müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, imzaladığı sərəncamlar, dövlət proqramları, xüsusi sosial və iqtisadi dəstək tədbirləri və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri, göstərdiyi qayğı xalqımız tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin başçısı tərəfindən daha da gücləndirilən davamlı siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir.

Artıq ikinci dəfədir ki, bu bayramı qalib xalq kimi qeyd edirik. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun möhtəşəm Qələbəsindən sonra xalqımızın özünəinam hissi daha artıb. Bu Zəfəri ölkəmizə dövlətimizin başçısı, mahir diplomat, böyük sərkərdə İlham Əliyev, igid, cəsur, mərd əsgər və zabitlərimiz qazandırdı. Azərbaycan öz tarixi torpaqlarını erməni faşizminin əsarətindən azad etdi. İndi Qarabağda, Şərqi Zəngəzurda quruculuq işləri aparılır, tezliklə həmin ərazilərin vətəndaşları orada yaşamağa başlayacaqlar. Artıq Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edir. Füzuli Beynəlxalq Hava Limanı hər kəsi yaxşı mənada təəccübləndirir. Çəkilən yollar, tunellər, enerji, qaz, su infrastrukturu, tikilən yaşayış binaları, sosial obyektlər, salınan kəndlər, şəhərlər Azərbaycanın qüdrətini, iqtisadi imkanlarını göstərir. Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilana səfər etmələri, görülən işlərlə tanış olmaları, təməlqoyma mərasimində, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılışında iştirak etmələri, sakinlərlə görüşləri keçmiş məcburi köçkünlərin qədim Qarabağ və Şərqi Zəngəzur torpağında “Böyük Qayıdış”ın başlanğıcı oldu. Prezident İlham Əliyevin dediyi kimi, “biz bu torpaqlara qayıtmışıq, əbədi olaraq öz tarixi torpaqlarımızda yaşayacağıq”.

Bu gün cümhuriyyət xadimlərinin ruhu şaddır. Onların arzuladıqları güclü Azərbaycan dövləti qurulub. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordumuz işğalçı Ermənistanı torpaqlarımızdan qovub çıxarıb. Dövlət bayrağımız Şuşada və işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanır. Cümhuriyyət tarixi bizə göstərir ki, millətimizin inkişafının təməlində sabitlik və güclü dövlət, güclü rəhbəri amili dayanır. 

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-03-2025