AZ RU Mobil versiya
Baş Şirvan Kollektorunda meliorativ tədbirlər davam edir - FOTOLAR
Tarix: 27-05-2022 | Saat: 10:20
Bölmə:Ölkə | çapa göndər

Baş Şirvan Kollektorunda meliorativ tədbirlər davam edir

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov aia.az-a bildirib ki, Ölkədə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, uzun müddət istifadə olunmayan torpaqların əkinə yararlı hala gətirilməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bir sıra işlər görülür. Bu işlər çərçivəsində Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən kollektor drenaj şəbəkələrinin lildən təmizlənməsi davam edir. İdarə 11 nasos stansiyası ilə duzlaşmış və qrunt sularını Xəzər dənizinə axıdır. Bununla da münbitləşən torpaqlarda kənd təsərrüfatı bitkilərinin əkini sürətlənir. Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən balansda olan nasos stansiyalarda da təmir və sazlama işləri aparılır.

İdarə kollektor drenaj sistemlərinin lildən təmizlənməsini və onlar üzərində yerləşən hidrotexniki qurğuların cari və əsaslı təmirini həyata keçirmək üçün balansnda olan maşın-mexanizmlərdən istifadə edir. Sistemin lildən təmizlənmsi nəticəsində sahələrdə şoranlaşmanın qarşısı alınır. Kollektorlarda lildən təmizləmə işləri sistemli şəkildə aparılır. Əvvəlcə təsərrüfatdaxili kollektorlar lildən təmizlənir. Daha sonra təsərrüfatlararası və magistral kollektorlar lildən təmizlənərək qrunt suları maneəsiz olaraq ərazilərdən kənarlaşdırılır. 2022-ci ilin yanvar ayından bu vaxta qədər ümumilikdə 174 km uzunluqda lildən təmizləmə işləri aparılıb. Hazırda texnikalar vasitəsilə bir-neçə istiqamətdə bu işlər həyata keçirilir.

Qeyd edək ki, Baş Şirvan Kollektorunun İstismarı İdarəsi Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarında ümumilikdə 253000 hektar əraziyə 2399 km drenaj və kollektor şəbəkəsi vasitəsilə xidmət göstərir.

aia.az
[xfvalue_fotolar image="5"] [xfvalue_fotolar image="6"] [xfvalue_fotolar image="7"] [xfvalue_fotolar image="8"] [xfvalue_fotolar image="9"] [xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

567 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2022