Mobil versiya
Samux rayonunda 28 May Müstəqillik günü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı keçirildi - FOTOLAR
Tarix: 25-05-2022 | Saat: 15:57
Bölmə:Təhsil | çapa göndər

Samux rayonunda 28 May Müstəqillik günü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri  arasında  bilik yarışı keçirildi

28 May Müstəqillik günü ilə əlaqədar YAP Samux rayon təşkilatının, rayon Təhsil Şöbəsinin, Samux Gəncləri üçün İnkişaf və Karyera Mərkəzinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 25 may 2022-ci il tarixdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı keçirildi. Bilik yarışmasının sualları orta məktəbin “Azərbaycan tarixi” fənni proqramına uyğun olaraq hazırlanmışdır.

Tədbiri giriş sözü ilə açan YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov ilk öncə tədbir iştirakçılarını 28 May Müstəqillik Günü münasibətilə təbrik etdi. O, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söylədi.

Sonra Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev Ümummilli lider Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini və ölkəmizin dinamik inkişaf etdiyini söylədi. O, Azərbaycanın daha parlaq sabahına böyük inamını ifadə etdi və “Bilik yarışı” –nın iştirakçılarına uğurlar arzuladı.

Bilik yarışında hər məktəbin komandasında beş nəfər olmaqla 22 məktəbin şagirdləri iştirak etdilər. Gərgin keçən yarışda öz bilik səviyyəsi ilə digər məktəblərdən fərqlənən Qarayeri 1 saylı orta məktəb-liseyin komandası I yerə, Alıuşağı kənd tam orta məktəbin komandası isə II yerə, İnstitut qəsəbə tam orta məktəbin komandası isə III yerə layiq görüldü. Qalib gələn üç komandadan II və III yeri qazanan məktəblərin komandalarına Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu. I yeri qazanan komandanın hədiyyələri isə 28 May Respublika gününə həsr edilmiş geniş konfransda təqdim ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024