Bakıda evlərin qiymətini kimlər bahalaşdırır?
Tarix: 17-05-2016 | Saat: 11:47
Bölmə:İqtisadiyyat | çapa göndər
Aprel ayında Bakıda mənzillərin qiyməti əvvəlki ayla müqayisədə 4 faiz aşağı düşüb.
Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov deyib. O deyib ki, süni tələb yaratmaq üçün bu ilin əvvəlində 2016-cı ildə kəskin qiymət artımlarının olacağını söyləyənlər var idi. «Öncə də proqnozlaşdırdığımız kimi qiymət azalmları gözlənilən idi. Amma yenə də mənzillərin mövcud qiyməti real qiymət deyil. Ölkə üzrə orta aylıq əmək haqqı və gəlirlik səviyyəsini nəzərə alsaq qiymətlər indikidən xeyli aşağı olmalıdır. Orta aylıq əmək haqqı ilə nəinki Bakının mərkəzində, hətta mərkəzə yaxın ərazilərdə belə bir kvadratmetr mənzil sahəsi almaq mümkün deyil. Təəssüf ki, əmlak bazarındakı himayə olunan "makler-biznesmənlər” kəskin qiymət azalmalarına imkan vermilər. Məhz bunu nəticəsidir ki, bazara çıxarılan əmlakın əksəriyyətinin satışı maklerlər tərəfindən idarə edilir. Buna görə də, qiymət azalmalarına baxmayaraq qiymət mənzilin mövcud alıcılıq qabiliyyətinə əsasən formalaşmalı olan real bazar dəyərindən daha yüksək təklif edilir. Bu baxımdan, düşünürəm ki, əmlak bazarında maklerlərin fəaliyyətini məhdudlaşdıran rəsmi qaydaların qəbul edilməsi və tətbiq olunmasına ehtiyac var. Əks halda, bu maklerlər süni qiymətlər ilə çox evsizlərin mənzil almaq arzularını dəfn edəcəklər», - Bayramov əlavə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024