Mobil versiya
MİNNƏTDARLIQ MƏKTUBU
Tarix: 24-05-2022 | Saat: 16:57
Bölmə:Ölkə | çapa göndər

MİNNƏTDARLIQ MƏKTUBU

Bildiyiniz kimi, Azərbaycan Su Təsərrüfatı İşçiləri HİRK-nin rəhbərliyinin adına davamlı olaraq minnətdarlıq məktubları gəlir. Respublikamızın müxtəlif bölgələrindən daxil olan məktublarda sədr Akif Məmmədovun diqqət və qayğısından razılıqlarını ifadə edirlər. Bu yaxınlarda göstərilən qayğı və diqqətə görə şəhidimiz Aydın Əmirsoltan oğlu Abdullayevin atası tərəfindən yazılan minnətdarlıq məktubu Respublika Komitəsinin kollektivi olaraq, bizə böyük qürur və iftixar hissini yaşatdı.

Məktubu böyük məmnuniyyətlə Sizlərlə paylaşmaq istərdik:

MİNNƏTDARLIQ MƏKTUBU

Deyirlər dünya bir içim su, bir əlçim yuxudur.Bir də deyirlər,dünya yaxşıların, yaxşılıqların, nur adamların çiyinləri üstündə durur.Nəfəsi nəfsindən yuxarıda dayanan, xeyirxahlığı ilə, saflığı ilə ad alıb şöhrətə çatan ,ən böyük mükafatı insan sevgisi olan o insanlar dünyanı çökməyə qoymurlar.Belə insanlardan biri də sizsiniz hörmətli Akif müəllim!

İnsan var, bəlli soydan gəlsə də, əməli işçi, adını bəlli kəslərin cərgəsindən qoparır.İnsan da var ki, ölçülü-biçili, xeyirxahlığı ilə , səxavətli- mərhəmətli qəlbi ilə mənsub olduğu ocağı, milləti, məmləkəti qanadlarına alıb göylərə qaldırır.Dünyadan köçənlərinə rəhmət, qalanlara hörmət qazandırır.
Allah ölənlərinizə rəhmət eləsin...

Hər bir insan bir kitabdır, qalanı var, qalını var.Özündən sonra varaqlanacaq, oxunacaq, axtarılacaq, hücrələrdə toz basmayacaq. Bir ömür kitabı qoymaq hər kəsə nəsib olmur.Kimliyindən asılı olmayaraq, heç kəs o kitabı bir günə, bir ilə, bir nəfəsə yazmır.Zərrə-zərrə, damla-damla,misqal-misqal,söz-söz, cümlə-cümlə yazılan, yaxşılığa yamana yozulan o kitabları göydə mələklər yazır.Müqəddəs kitablar buyurur ki, insanın çiyinlərində mələklər əyləşib.Sağdakı yaxşılığı, soldakı yamanı yazır.


Əgər yaxşılıq yıxılanı qaldırmağa, arxasıza arxa olmağa , imdada gələnin əlini ətəyindən üzüb yaxanı qırağa çəkməməyə, xoşbəxtliyini özgələrin sevincində görməyə, düz işə, düz əmələ bağlıdırsa, deməli bu kitab oxunacaqdır.Xalçadakı ilmələr kimi yaddaşlara toxunacaqdır!
Oxuyanlara, yaddaşına toxuyanlara , duyub-anlayıb qalanlara, şəhid oğlum Aydın Əmirsoltan oğlu Abdullayevi, bir də yada salanlara Tanrı yar, dərgahında dolanan müqəddəs ruhlar duaçı olsun!

Allah Sizdən razı olsun!

Allaha imandan sonra ən fəzilətli ibadət Vətəni qorumaqdır! Məhəmməd peygəmbər (S.A.V)

Hörmətlə: Abdullayev Əmirsoltan Bəhram oğlu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024