Novxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı “dəyirmi masa” keçirilib - FOTOLAR
Tarix: 24-05-2022 | Saat: 15:06
Bölmə:Media | çapa göndər
AİA.Az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Novxanı kəndində “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbirdə Abşeron RİH başçısının humanitar məsələlər üzrə müavini, Gənclər və İdman İdarəsinin rəisi, Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini, kənd ərazisində fəaliyyət göstərən məktəb və bağça müdirləri, polis əməkdaşları, həkimlər, qazilər, din xadimləri, RIH-in əməkdaşları iştirak ediblər.
Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya ilə bağlı gənclər arasında profilaktik və maarifləndirmə məqsədilə təşkil olunan görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova mövcud durum, mübarizə yolları, təhsil və səhiyyə ocaqlarında aparılan maarifləndirmə tədbirlərinin gücləndiriliməsi və digər məsələlər barədə söz açıb.
Qeyd edilib ki, şagirdlər məktəbdə olan müddətdə müəllimlərlə yanaşı sinif rəhbərləri, psixoloqlar və məktəblərdə fəaliyyət göstərən həkimlər də daim onlarla münasibətdə olmalı, yeniyetmələrin davranışlarını, psixi durumlarını nəzarətdə saxlamalı və valideynlərlə də sıx əlaqə qurulmalıdır.
Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimov, Rayon Mərkəzi Xəstəxanasının inzibati məsələlər üzrə direktor müavini Fuad Məmmədov , qazi Vidadi Ağayev, din xadimi Rasim Xudaverdiyev və digər çıxış edənlər narkomaniyanının doğurduğu fəsadlar, insan orqanizminə zərərləri və ona qarşı aparılan mübarizədən danışaraq bu təhlükəli bəlaya qarşı həyata keçirilən səylərin birləşdirilməsinin, birgə mübarizə tədbirlərinin sayının artırılmasının əhəmiyyətini vurğulayıblar.
“Dəyirmi masa”da narkomaniyanın ağır fəsadlarını əks etdirən plakatların hazırlanması, videoçarxların məktəblərdə nümayiş etdirilməsi, təhsil və səhiyyə ocaqlarında maarifləndirici görüşlərin daimi olaraq keçirilməsinin vacibliyi bildirilib. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri cərcivəsində gənclərin zərərli vərdişlərdən, xoşagəlməz hallardan uzaq tutmağın ən yaxşı üsullarından birinin gənclərin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda kütləvi şəkildə bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinə cəlb edilməsi olduğu vurğulanıb, mütəmadi bədən tərbiyəsi və idman yarışlarının keçiriləcəyi diqqətə catdırılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024