Göygöl rayonunda Vətən müharibəsi şəhidi leytenant Seymur Abbasovun doğum günündə xatirəsi anılıb - FOTOLAR
Tarix: 20-05-2022 | Saat: 15:24
Bölmə:Ölkə | çapa göndər

Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Turani Əliyev,YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, qazilər, müharibə iştirakçıları, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Seymur Abbasovun doğum günü münasibətilə Göygöl rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunmuşdur.
Ziyarət zamanı məktəblilər tərəfindən şeirlər səsləndirilib, şəhidin həyatına həsr olunmuş videoçarx nümayiş olunub, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunmuşdur. Sonra Şəhid Seymur Abbasovun xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılışı olmuşdur.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin yaşadığı evə baş çəkərək, ailə üzvlərinin qayğıları ilə maraqlanıb, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq şəhidlərimizin daim hörmətlə və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləmiş, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsini şəhidin ailə üzvünə təqdim etmişdir. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər