Mobil versiya
Novruzəli Aslanov: “Litva ilə əməkdaşlıq Avropa İttifaqına inteqrasiya üçün çox etibarlı platformadır”
Tarix: 20-05-2022 | Saat: 09:17
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Litva ilə əməkdaşlıq Avropa İttifaqına inteqrasiya üçün çox etibarlı platformadır”

“Azərbaycan Baltikyanı ölkələrlə, o cümlədən, Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Yəqin ki, Litva prezidenti Gitanas Nausedanın Azərbaycana səfəri çərçivəsində keçirilən biznes-forum bu işin həyata keçirilməsinə yeni impuls verəcək. O da sevindiricidir ki, Azərbaycanda fəaliyyət göstərən Litva şirkətlərinin sayı artmaqdadır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi daha yüksək zirvələrə qalxmaq imkanı qazana bilər. Litva ilə münasibətlər çox yaxşı siyasi təməl üzərində, bərabərhüquqluluq və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulduğundan, Litva Prezidentinin mayın 17-də Azərbaycana rəsmi səfəri müzakirə edilən məsələlərin mahiyyəti baxımından mühüm tarixi əhəmiyyət kəsb edir, həm də əhatə dairəsi baxımından perspektivli xarakter daşıyır”.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat bildirmişdir ki, səfər zamanı həm ikitərəfli əməkdaşlıq-iki ölkə arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, həm Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyət, həm də Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın aktual məqamları kimi məsələlər müzakirə olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 18-də səsləndirdiyi Bəyanatında Litva ilə münasibətlərin strateji əhəmiyyəti vurğulanmaqla, Azərbaycanın Cənubi Qafqazda sülhü, qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyəti geniş şərh edilməklə, postmüharibə dövründə Avropa İttifaqı ilə strateji tərəfdaşlığın aspektlərindən danışmış, gələcək fəaliyyəıtin istiqamətləri qeyd edilmişdir. Cənab Prezident birgə biznes-forumdakı çıxışında qeyd etdi ki, “Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir.”

Deputat qeyd etmişdir ki, “Avropanın indiki dönəmdə enerji təhlükəsizliyi məsələsinə ciddi münasibəti Azərbaycana marağı artırmaqla yanaşı, bu sahədə qarşılıqlı əməkdaşlığı da zəruri etmişdir. Avropa İttifaqının və NATO-nun bərabərhüquqlu üzvü kimi Litva ilə əməkdaşlıq həm dördüncü sənaye inqılabının çağırışlarına uyğun İKT, biotexnologiyalar kimi sahələr,həm də, ərzaq məhsullar kimi ənənəvi sahələr də mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da böyük potensiala malikdir. Yaxşı inkişaf etmiş avtomobil yolu, dəmir yolu, intermodal və dəniz limanları infrastrukturu və xidmətlərinə sahib olan Litva Avropa bazarına sərfəli logistik çıxış imkanı təklif edir. Eyni zamanda Litva Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin potensialını araşdırmaqda da maraqlıdır.

Öz enerji təhlükəsizliyini 100 faiz təmin edən Azərbaycan, əlavə enerji resursları mənbələrinə ehtiyac duyan Avropa İttifaqının maraq dairəsindədir. Azərbaycan neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerjiyə ehtiyac duyan Avropa İttifaqı Azərbaycanla işgüzar əlaqələrin inkişaf etdirilməsinə önəm verir.”

Deputat əlavə edib ki,  “Azərbaycan-Litva “Beynəlxalq yol nəqliyyatı Sazişi”; “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu”; “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Litva İnnovasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu” “Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi” və digər sənədlərin imzalanmasını gələcək əməkdaşlığın daha yüksək səviyyədə təmin edilməsinə hesablanmış addım hesab etmək olar. Litva Prezidentinin Forumda səsləndirdiyi “Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rolu daha da artacaq. Ukraynadakı müharibə qlobal ticarəti yenidən nizamlayır. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır. Yaşıl iqtisadiyyat və innovasiyalarla bağlı məqsədlər Azərbaycanın gələcək iqtisadi perspektivlərini və gücünü şərtləndirən əsas meyarlardır”-fikri bunu deməyə əsas verir.

Təbiidir ki, indiki məqamda Azərbaycana marağın artması, Avropa İttifaqı üzvlərinin ölkəmizlə strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığa üstünlük verməsi göstərir ki, Qərb Azərbaycanın Ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələrinə, bu dahi şəxsiyyətin yaratdığı daxili və xarici siyasətə sadiqlik nümayiş etdirərək inkişaf etməsini görür. Ulu Öndərin bu ideyalarının cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl, prinsipial formada davam etdirilməsi Avropa İttifaqını əməkdaşlığa cəlb etmək imkanlarını daha da genişləndirir. Litva Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş kimi xarakterizə etməsi Azərbaycana və onun dövlətinin həyata keçirdiyi siyasətə Qərbin inamının və rəğbətinin bir nümunəsi hesab etmək olar. Baltik ölkələrinin Avropanın digər ölkələrinin əksəriyyəti ilə əlaqələrinin yüksək səviyyədə olmasından çıxış edərək demək olar ki, Litva və digər Baltik ölkələri ilə əlaqələrimizin genişləndirilməsi və dərinləşdirilməsi bu yöndə, xüsusi ilə də Benilüks ölkələri (Belçikanı, Niderlandı, Lüksemburqu), Şimal ölkələri (İsveç, Norveç, Finlandiya, Danimarka,İslandiya), eləcə də Vişeqrad qrupu ölkələrinin (Macarıstan, Polşa, Çexiya, Slovakiya) ilə olan əlaqələrimizin perspektivlərinə əlava impuls veilməsi üçün çox etibarlı bir platformadır”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024