Ceyhun Cahangirov: “Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü bütün dünyaya nümayiş etdirildi”
Tarix: 18-05-2022 | Saat: 12:04
Bölmə:Ölkə | çapa göndər
İki qardaş ölkə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər durmadan inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğur və nailiyyətlər ölkələrimizin dünyada nüfuzunun daha da artmasına xidmət edir. Artıq xəbər verildiyi kimi, may ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər. Diqqətəlayiq haldır ki, yeni hava limanına ilk dəfə eniş edən göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr olublar. Əlbəttə ki, bu faktın özü böyük siyasi və mənəvi önəm daşıyır. Eyni zamanda da bu fakt Azərbaycan və Türkiyə arasında mövcud olan və getdikcə möhkəmlənən sarsılmaz birliyin, ölkələrimizin birgə getdikləri yüksəliş və inkişaf yolunun bariz təcəssümüdür. Təsadüfi deyil ki, dövlət başçılarının görüşündə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi olaraq bir daha vurğulanıb.
Qeyd olunmalıdır ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Bəyannamə ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin daha bir nümayişi olmaqla, eyni zamanda da hər iki dövlətin Cənubi Qafqazda gedən proseslərdə rolu və nüfuzunun yüksəlişini şərtləndirən bir tarixi sənəddir. Bu strateji əhəmiyyət kəsb edən sənəd bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Bütün bunlar isə ölkələrimiz arasında keyfiyyətcə daha yüksək işbirliyinin etibarlı əsasını təmin edib. Öz növbəsində yeni, daha yüksək mərhələyə keçid alan əməkdaşlıq əlaqələri hər iki qardaş ölkənin Cənubi Qafqazda rolunun və nüfuzunun artmasına səbəb olub.
Həmçinin bir məqama da toxunmaq lazımdır ki, Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Artıq bütün dünya bilir ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdə olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Prezident İlham Əliyev Rizedə etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, hava limanının açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Dövlət başçısı bir daha xatırlatdı ki, savaşın ilk saatlarından son gününə qədər qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Savaşın ilk günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq. Həmçinin Prezident İlham Əliyev bildirib ki, Rize-Artvin Hava Limanının açılışı Türkiyədə gedən uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Qardaş Türkiyə bu gün dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub. Eyni zamanda ölkə daxilində də böyük layihələr icra olunur. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələr – hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar qeyd olunmalıdır. Bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və əlbəttə ki, bu inkişaf hər iki qardaş ölkənin, bütün Türk dünyasının maraqlarına bütünlüklə cavab verən bir prosesdir və Türkiyə kimi Azərbaycanımızın da gücünə güc qatır. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsilə bütün Türk dünyası daha da güclənib və bu güc bu gün getdikcə artmaqdadır.
Ceyhun Cahangirov
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər