Mobil versiya
AHİK sədri qazi ailəsini ziyarət edib - FOTOLAR
Tarix: 13-05-2022 | Saat: 10:32
Bölmə:Manşet / Gündəm | çapa göndər

AHİK sədri qazi ailəsini ziyarət edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və sədrin müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (DİİXİHİ RK) sədri Hikmət Osmanov Birinci Qarabağ müharibəsi qazisi, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Fikrət İsayevi ziyarət ediblər.

aia.az xəbər verir ki, görüş zamanı S.Möhbalıyev bildirib ki, müharibə iştirakçılarının sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Onun sözlərinə görə, Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Qeyd edib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə mənzillər, avtomobillər verilir, onlar üçün davamlı olaraq hər cür şərait yaradılır.

AHİK sədri əlavə edib ki, 44 günlük Vətən müharibəsində yenilməz Azərbaycan Ordusunun qəhrəmanlığı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətini iflasa uğratdı, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
AHİK sədrinin müavini, DİİXİHİ RK sədri Hikmət Osmanov torpaqlarımızın müdafiəsində iştirak etmiş oğul və qızlarımızın fədakarlığından, Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıqlardan danışaraq bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbə ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb.

Sonra Fikrət İsayevin dövlətimiz tərəfindən verilmiş mənzilinə zəruri avadanlıqlar, o cümlədən qonaq otağı üçün mebel dəsti, kondisioner hədiyyə olunub.

Göstərilən diqqət və qayğıya görə, AHİK sədrinə təşəkkür edən F.İsayev hər zaman onlara dəstək göstərildiyini bildirib. Qeyd edib ki, cəmiyyətimizdə həm şəhid ailələrinə, həm də qazilərə və müharibə iştirakçılarına ən ali səviyyədə münasibət formalaşıb. Bunun üçün o, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Fikrət İsayev Birinci Qarabağ müharibəsi zamanı Ağdam və Füzuli istiqamətlərində gedən döyüş əməliyyatlarında yüksək peşəkarlıqla iştirak edib, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərib, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirib. O, döyüşlərin birində hər iki gözündən xəsarət alaraq görmə qabiliyyətini itirib, I qrup əlildir. Döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlara görə, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024