AZ RU Mobil versiya
10 rayonu su ilə təmin edən Yuxarı Şirvan Kanalı 130 min hektar torpaq sahəsinin suvarılması təmin edir - FOTOLAR
Tarix: 13-05-2022 | Saat: 10:24
Bölmə:Cəmiyyət | çapa göndər

10 rayonu su ilə təmin edən Yuxarı Şirvan Kanalı 130 min hektar torpaq sahəsinin suvarılması təmin edir


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov aia.az-a bildirib ki, Mənbəyini Mingəçevir su anbarından götürən Yuxarı Şirvan Kanalı Kür çayının sol sahilindən keçməklə 130 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. Kanal Şirvan düzündə öz axını ilə suvarılan sahələrin su ilə təminatını yaxşılaşdıran əsas arteriyalardan biridir. 64 ildir istismara verilən kanala Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi xidmət edir. Yuxarı Şirvan Kanalı vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 130 min hektar torpaq sahəsi daim suvarılır. 10 rayonun ərazisindən keçən kanalda daim idarə tərəfindən təmir işləri, o cümlədən lildən təmizləmə işləri həyata keçirilir. Bununla da kanaldan axan suyun axını sürətlənir, xidməti ərazisində olan əkin sahələrinin suvarılması yaxşılaşdırılır. Hazırda Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinin texnikaları kanalın keçdiyi rayonların ərazilərində lildən təmizləmə işlərini yerinə yetirir. Bu günə kimi torpaq məcrada 16 km, kanalın beton üzlük hissəsində isə 21 km hissə lildən təmizlənib.

Yuxarı Şirvan Kanalının Əliciançay, Türyançay, Göyçay, Girdimançay, Ağsuçay, Dəvəbətançay və Nəzriçayla kəsişdiyi yerlərdə mürəkkəb konsturuksiyalı 6 ədəd dükerlər və 2 ədəd akveduk tikilib. Ümumilikdə isə kanal üzərində sadə və mürəkkəb konusturuksiyalı 129 ədəd qurğu mövcudur. Bunlardan 1ədəd baş qurğu, 6 ədəd düker, 2 ədəd akveduk, 29 ədəd körpülər, 52 ədəd selötürücülər, 1 ədəd cəldağıdan, 1ədəd su tullayıcı, 1 ədəd səviyyə qaldıran, 36 ədəd suburaxıcı qapı və 1 ədəd qidalandırıcıdır. Torpaq məcralı olan Yuxarı Şirvan Kanalının təqribən 27 km-dən artıq hissəsi monolit betonla üzlənib. Hazırda idarənin ekskovator və buldozerləri Yuxarı Şirvan Kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Türyançay çayında məcra təmizləmə işlərini həyata keçirir. Çayda yeni tikilən səviyyə qaldırıcı qurğu isə Türyançay dükerinin möhkəmliyinin qorunmasını təmin edir.

Bildirək ki, Yuxarı Şirvan Kanalı 1958-ci ildə istismara verilib. 1961-ci ildə kanalın ikinci hissəsi istismara verilərək maksimum su sərfi 78 m3/ san-dir. Uzunluğu 122 km olan Yuxarı Şirvan Kanalı respubilikanın ikinci ən böyük magistiral suvarma kanalıdır.

aia.az
[xfvalue_fotolar image="9"] [xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

587 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-05-2022