Mobil versiya
Avtobus və taksi sürücülərinə xəbərdarlıq: Cəzalanacaqlar
Tarix: 16-05-2016 | Saat: 10:59
Bölmə:Şou-biznes | çapa göndər




Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyat vasitələrini idarə edən sürücülərə xəbərdarlıq etdi.

Aia.az xəbər verir ki, bu BNA-nın Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində xidmətin keyfiyyətini qaldırmaq məqsədilə qanunvericilikdən irəli gələn tələblərin daşıyıcılar tərəfindən əməl olunmasına tam nəzarət həyata keçirilir. Qurum qoyulan tələblərə əməl edilmədiyi təqdirdə ən sərt tədbirlər görüləcəyinə dair xəbərdarlıq edir:

"Ancaq bu, heç də sürücüləri sıravi vəzifə daşıyıcıları kimi məsuliyyətdən azad etmir. Tam əksinə, sükanı idarə edən birbaşa aidiyyəti şəxslər qismində bu cəza tədbirləri onlardan da yan keçməyəcək. BNA sərnişin həyatını təhlükə qarşısında qoyan hər bir sürücü ilə bağlı müvafiq tədbirin görülməsinə dair məsələni aidiyyəti qurumlar qarşısında qaldıracaq. Əziz sürücülər, sizdən təkcə idarə etdiyiniz nəqliyyat vasitəsinin salonunda olan sərnişinlərin deyil, həm də onların ailə üzvlərinin taleyi asılıdır. Məsuliyyətinizi dərk etməyiniz tövsiyə və tələb olunur!"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024