Mobil versiya
Şəhidlərin “Hərbi xidmətdə fərqlənməyə görə” medallarının təqdimedilməsi tədbiri keçirilmişdir. Bərdə
Tarix: 16-05-2016 | Saat: 10:34
Bölmə:Aia TV | çapa göndər



Bərdədə Mərkəzi meydanda aprel ayında cəbhədə qəhrəmancasına şəhid olmuş çavuş Musayev Səbuhi Rəfayil oğluna “İgidliyə görə” və Baş leytenant Həsənov Ziya Niyazi oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” medallarının təqdimedilməsi tədbiri keçirilmişdir. Tədbirdə rayon icraha kimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etmişlər. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev acdı. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon rəhbəri cıxış edərək 1-5 aprel tarixlərində düşmən təxribatına cavab verən Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun cəbhədə qazandığı qələbələrdən, döyüş əzmkarlığından danışdı.Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində bir neçə strateji əhəmiyyətli yüksəkliklərin düşmən işğalından azad edilməsini və Milli Ordumuzun mövqelərinin möhkəmləndirilməsini xüsusi qeyd etdi.Bildirdi ki, bu döyüşlərdə Bərdə rayonun iki oğlu – Baş leytenant Həsənov Ziya Niyazi oğlu və Musayev Səbuhi Rəfayil oğlu şəhid oldular. Bu gün bütün bərdəlilər, bütün Azərbaycan xalqı öz şəhid oğulları ilə qürur duyur.Möhtərəm Prezidentimiz, Ali Başkomandan cənab İlham Əliyevin həmin çətin günlərdə təmas xəttinə gəlməsindən, əsgərlərin yanında olmasında, mülki əhali ilə görüşlərindən, yaralılara baş çəkməsindən danışaraq bütün bərdəlilər adından ölkə Prezidentinə minnətdarlığını bildirdi və əsl böyük qələbə gününün uzaqda olmadığına inamı ifadə etdi. Sonra Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani çıxış edərək döyüşlərdə şəhidlik zirvəsinə ucalan Səbuhi və Ziyadan, onun döyüş dostlarından danışdı.Onları geri azad edilən yüksəkliklərin bayraqdarları, igid qartallar adlandırdı. Tədbirdə polkovnik Abdulla Qurbani və rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən şəhid çavuş Musayev Səbuhi Rəfayil oğlunun ölümündən sonar layiq görüldüyü “İgidliyə görə” medalı atası Rəfayil Musayevə, şəhid Baş leytenant Həsənov Ziya Niyazi oğlunun ölümündən sonar layiq görüldüyü “ Hərbi qulluqda fərqlənməyə görə” medalı atası Niyazi Həsənova təqdim edildi. Şəhid valideynləri Həsənov Niyazi və Musayev Rəfayil çıxış edərək. “Vətən sağ olsun”, - dedilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024