Mobil versiya
Özünü iynələyib, saçını kəsib polisə zəng etdi - Maskalılar evimə girib məni... - Azərbaycanda qəribə olay
Tarix: 09-05-2022 | Saat: 13:47
Bölmə:Ölkə | çapa göndər

Özünü iynələyib, saçını kəsib polisə zəng etdi - Maskalılar evimə girib məni... - Azərbaycanda qəribə olay

Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd edilib ki, rayon sakini Ş.H. adlı qadın polisə müraciət edərək yaşadığı evə 2 nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyini, zor tətbiq edərək qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirdiyini bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyən edilib.

Araşdırmalarla Ş.H.-nın ailə üzvləri ilə yaşadığı münaqişə zəminində qayçı ilə öz saçını kəsdiyi, iynə ilə üz nahiyəsinə xəsarətlər yetiridiyi və zorakılığa məruz qalması ilə bağlı polisə bilərəkdən yalan məlumat verdiyi məlum olub.

Qeyd olunanlar barədə bilərəkdən yalan məlumat verdiyini həmin şəxs özü də etiraf edib.

Hazırda faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə