Bakıda Beynəlxalq Caz Günü çərçivəsində "QAYA" ansamblinin konserti keçirildi
Tarix: 09-05-2022 | Saat: 13:21
Bölmə:Şou-biznes | çapa göndər
Bakıda Beynəlxalq Caz Günü çərçivəsində "Qaya" ansamblinin konserti keçirildi. "QAYA" Dövlət Ansamblının ötən il 60 illik yubileyi tamam oldu. Uzun müddət fəaliyyət göstərdiyi illərdə ansambl özünün ilkin klassik kvartetini, 1980-ci illərdə instrumental heyət ilə "QAYA" xoru, sonra isə respublikanın xalq artisti Rauf Babayevin rəhbərliyi ilə yeni yaradılmış "QAYA" ansamblı daxil etmişdir. Respublikanın əməkdar artisti Rüfət Babayevin rəhbərliyi ilə ansambl bu günə kimi 6 vokalçı və 7 musiqiçidən ibarət instrumental heyət ilə təmsil olunur. "QAYA"-nın repertuarı həmişə olduğu kimi çox rəngarəngdir, bura caz, populyar musiqi standartları, xalq musiqi nümunələri, rok və pop musiqisinin hitləri daxildir.
Bakıda Beynəlxalq Caz Günü çərçivəsində "QAYA" Vincent Yumans və Edvard Heymanın eyniadlı tanınmış mahnısının adını daşıyan "Through The Years" (İllər Ötdükcə) adlı caz konsertini təqdim edib.
Uzun illərin səhnə təcrübəsi və xüsusi cazibəsi ilə seçilən ansambl indi də tamaşaçıların sevimlisi olaraq qalır. Onun repertuarının əsasını Azərbaycan pop-caz ənənələri ilə birlikdə ənənəvi caz təşkil edir. Konsert günü caz klassikasının bir çox hitləri səsləndirilidi.
Konsert günü caz klassikasının bir çox hitləri - Don't Mean a Thing, After You've Gone, It Had To Be You, Triste, Fascinating Rhythm, Tenderly, a kapella oxunulan Through The Years, Good Bye xorları, eləcə də "QAYA" instrumental heyətinin ifa etdiyi Bathsheba, Pick Up kompozisiyaları və digər standartlar səsləndi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024