Mobil versiya
Bakıda jurnalistə hücum edilib - FOTO
Tarix: 09-05-2022 | Saat: 09:59
Bölmə:Ölkə | çapa göndər

Bakıda jurnalistə hücum edilib - FOTO

Bakıda jurnalist Aytən Məmmədovaya hücum edilib.

AIA.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu, 9 mikrarayon, Mir Cəlal 11 ünvanında baş verib.

A. Məmmədova yaşadığı binanın blokuna daxil olarkən naməlum şəxs bıçaqla ona hücum edib. Həmin şəxs xanım jurnalistlə birlikdə liftə daxil olaraq bıçağı boğazına dirəyərək hədələyib, yazmamasını istəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024