Mobil versiya
Göygöldə Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Yeniyetmələrarası Həndbol” idman növü üzrə turnirə start verildi
Tarix: 07-05-2022 | Saat: 16:36
Bölmə:Ölkə | çapa göndər

Göygöldə  Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş  “Yeniyetmələrarası Həndbol” idman növü üzrə turnirə start verildi

AİA.Az xəbər verir ki,Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Yeniyetmələrarası Həndbol” idman növü üzrə turnir başlamazdan öncə Göygöl şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyuldu.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə işinə başlayan turnirdə, Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Turani Əliyev, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Həndbol Federasiyasının Prezidenti Saleh Məmmədov, Velosiped Federasiyasının Prezidenti Mədət Quliyev və YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev iştirak etmişdir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Yeniyetmələrarası Həndbol” idman növü üzrə turnirdə 6 şəhər və rayon komandaları iştirak edir və turnir sabah başa çatacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024