Azərbaycanda koronavirusdan ölənlərin əksəriyyəti bu xəstəlikdən əziyyət çəkənlər olub
Tarix: 06-05-2022 | Saat: 19:49
Bölmə:Parlament | çapa göndər
Vətəndaşlarımız arasında koronavirusdan ölənlərin böyük əksəriyyəti xroniki ürək-damar xəstəliyindən əziyyət çəkənlərdir.
Bunu açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.
Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də karantin qaydalarının tətbiqi insanların müəyyən zaman ərzində hərəkətinin məhdudlaşdırılması xüsusilə xroniki xəstəlikləri olan və yaşı çox olan vətəndaşlarımızın sağlamlığına mənfi təsir göstərib.
"Pandemiyanın psixoloji, qeyri-sağlam qidalanma, hərəkətsizlik və stress ürək-damar xəstəliklərinin artmasına səbəb olub. Nazirlik olaraq pandemiya başlayandan vətəndaşlarımız arasında sağlam həyatın təbliğinə, təşviqinə xüsusi diqqət edirik. Pandemiya ürək-damar xəstəliklərinin tək ölkəmizdə deyil, dünyada artmasına ciddi təsir göstərib. Hazırda karantin qaydalarının yumşaldılması, insanların aktiv həyata qayıtması ürək-damar xəstəliklərinin azalmasına səbəb olacaq", - deyə N.Seyidov bildrib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025