Mobil versiya
Ceyhun Cahangirov: “Zəngilan Beynəlxalq Hava Limanı ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin həllində mühüm rol oynayacaq”
Tarix: 06-05-2022 | Saat: 15:54
Bölmə:Seçki 2024 | çapa göndər

Ceyhun Cahangirov: “Zəngilan Beynəlxalq Hava Limanı ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin həllində mühüm rol oynayacaq”

30 ilə yaxın müddət ərzində erməni separatçıları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi ərazilərini işğal altında saxladılar. Torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdi, bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salındılar, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyuldular. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıldı, qətliamlar törədildi. İşğal dövrü ərzində ermənilər bizim torpaqlarda vandallıq və talançılıqla məşğul oldular. Mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı etdiyi çıxışında ÖlkəPrezidenti cənab İlham Əliyev bu məsələyə toxunmuş, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin ermənilər tərəfindən ölçüyəgəlməz dağıntılara məruz qoyulduğunu bir daha vurğulamışdır. Qeyd olunmuşdur ki, Zəngilan rayonu da azad edilmiş digər rayonlarımız kimi, böyük dağıntılara məruz qalmışdır. Ermənistanın işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilmiş, rayonun tarixi-dini abidələri vəhşicəsinə dağıdılmış, təbii sərvətləri amansızcasına talanaraq bölgənin təbiətinə qarşı əsl ekosid həyata keçirilmişdir. Əlbəttə ki, bu faktlat bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya nümyiş etdirir. Lakin bütün haqsızlıqların sonu olduğu kimi, erməni işğalı da öz məntiqi sonuna yetdi. İki il bundan öncə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bütün bu haqsızlıqlara son qoydu. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə öz torpaqlarını işğaldan azad etdi, tarixi ədalət bərpa olundu. Tarixi Zəfərdən dərhal sonra Azərbaycan azad edilmiş ərazilərində möhtəşəm quruculuq işlərinə başladı.

Əlbəttə ki, bütün infrastrukturu tamamilə dağıdılmış ərazilərdə ilk növbədə yolların bərpası və yeni yolların çəkilməsi ən zəruri məsələlərdəndir. Ümumiyyətlə qeyd olunmalıdır ki, Azərbaycanda son 10-15 il ərzində nəqliyyat sektorunda çox böyük işlər görülüb. Məhz buna görə də bu gün Azərbaycanistənilən yükü qəbul edə və onu tranzit kimi ötürə bilmək imkanlarına sahibdir. Bu istiqamətdə işlər indi də davam etdirilir və getdikcə daha böyük vüsət almaqdadır. O cümlədən, Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsilə başa çatdıqdan sonra azad edilmiş ərazilərdə də nəqliyyat sektorunda böyük işlər görülür. Təbii ki, bu layihələrin arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi önəm kəsb edir. Ölkə Prezidenti cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, Zəngilan gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək və bu hava limanının çox böyük funksiyaları olacaqdır. Rayonun coğrafi mövqeyi, beynəlxalq bazarlara yaxın olması və digər amillər geniş perspektivlər açır. Dövlət başçımızın qeyd etdiyi kimi, azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması, əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır. Eyni zamanda da bu strateji obyekt ölkənin həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərini həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəlincə isə, Prezident İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq. Məhz buna görə də hazırda dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa edilir. Nəzərə almaq lazımdır ki, bu yol həm də keçmiş məcburi köçkünlərin rahatlığını yüksək səviyyədə təmin edəcək. Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çoxzolaqlı yol çəkilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, burada heyvandarlıqla çox geniş miqyaslda məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında. Həmçinin Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında əkinçiliklə məşğul olmaq üçün təbii şərait kifayət qədər əlverişlidir. Dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistan 30 il ərzində işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Bunu peyk vasitəsilə müşahidə etmək olur. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Bu, faktiki olaraq vəhşilik və talançılıqdır. Ermənistanın işğal dövründə çirkin əməllərini dürüst təsvir etmək üçün, bu iki ifadə ön planda olmalıdır – vəhşilik və talançılıq. Zəngilanda da bu mənfur işlər görülmüşdür və bunun nəticəsində təbiətə çox böyük ziyan vurulmuşdur. Lakin indi dövlətimizin səyləri ilə vəziyyətin normallaşması müşahidə olunur. Bu proseslərin fonunda azad edilmiş ərazilərdə iqtisadi inkişafa nail olmaq və əhalinin məşğulluğunu təmin etmək istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir. O cümlədən azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Diqqətəlayiq haldır ki, keçən il Azərbaycan və Türliyə Prezidentləri birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyublar. Bu, birinci, nümunəvi bir aqropark olacaq və getdikcə azad edilmiş torpaqlarda aqroparkların sayı daha çox olacaq. Təbii ki, Zəngilan rayonunda əsas məşğulluq sahəsi və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim bunun üçün çox əlverişlidir. Hazırda Ağalı kəndində yeni müəssisələrin yaradılması üzrə iş gedir. Bir müddət əvvəl dövlət başçısı göstəriş vermişdi ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olsun. Bu isə o deməkdir ki, öz doğma yurdlarına qayıtdıqdan sonra insanlar həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə çalışacaqlar.

Ceyhun Cahangirov
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024