"Yaşıl" kənd təsərrüfatına dəstək üçün fəaliyyət planı hazırlanıb" - Muxtar Babayev
Tarix: 06-05-2022 | Saat: 11:23
Bölmə:İqtisadiyyat | çapa göndər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd təsərrüfatı sektorunun müqavimətini təmin etmək üçün erkən xəbərdarlıq sistemi yaradıb.
Bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.
"Kənd təsərrüfatı Nazirliyi ilə birgə işləyirik. Biz birgə "yaşıl" kənd təsərrüfatına dəstək verilməsi üçün birgə fəaliyyət planı hazırlamışıq", - M. Babayev qeyd edib.
Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad edilməsi bu sektorun inkişafında yeni mərhələ olub: "Torpaqlarımızın 30 il Ermənistanın işğalında olması bu regionun ekosisteminə çox mənfi təsir edib. Azərbaycan regionda meşə bərpasını həyata keçirməyi planlaşdırır. Bu da iqlim dəyişikliyi və torpaq deqradasiyasının qarşısını almağa yönəlib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bizim uzunmüddətli partnyorumuzdur. Bu əməkdaşlıq insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində nəzərəçarpan dəyişikliklər edib".
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024