Mobil versiya
PREZİDENT İLHAM ƏLİYEV DÜNYANIN APARICI LİDERLƏRİNDƏN BİRİDİR
Tarix: 05-05-2022 | Saat: 11:04
Bölmə:Seçki 2024 | çapa göndər

PREZİDENT İLHAM ƏLİYEV  DÜNYANIN  APARICI  LİDERLƏRİNDƏN  BİRİDİR

ADA Univesitetində “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans daha bir əhəmiyyəti ilə seçilir. İlk öncə aprelin 28-də Şuşada işinə başlayan və bir gün sonra Bakıda davam edən böyük, mühüm və əhəmiyyət kəsb edən beynəlxalq konfransın ideyası bir il əvvəl cənab Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Cənab Prezidentimizin bu ideyası və təklifi reallığa çevrildi, özünün iştirakı ilə həyata keçirildi və öz önəmli ilə dünyaya səs saldı.

Xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin iştirak etdikləri forumun əhəmiyyəti həm müzakirə edilən mövzu, həm də keçirildiyi məkan baxımından olduqca əhəmiyyətlidir.

23 ölkəni təmsil edən 40 nümayəndənin iştirakı ilə keçirilən bu Beynəlxalq Konfransda cənab Prezident İlham Əliyevin çıxışı və konfrans iştirakçılarının suallarına verdiyi cavablar dövlət başçımızın dünya səviyyəli, müdrik siyasətçi, əsil liderlik keyfiyyətlərinə və dünyada gedən proseslər barədə yüksək məlumatlılıq səviyyəsinə malik olduğunu bir daha nümayiş etdirdi. Məhz ona görə də Azərbaycanın ölkə və dünya miqyasında əldə etdiyi böyük uğurlar Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət və yorulmaz fəaliyyəti nəticəsində mümkün olmuşdur. Cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biridir. Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərliyi, BMT Təhlükəsizlik Şurası səviyyəsində qlobal təşəbbüsləri, o cümlədən pandemiya ilə mübarizə, dayanıqlı inkişafın təmin edilməsi təşəbbüsləri Azərbaycanı beynəlxalq aləmdə gündəmi formalışdıran ölkələr sırasına daxil etmişdir. Cənab Prezident bu nöqteyi-nəzərdən beynəlxalq siyasətçi kimi öz fəaliyyətini təkcə Azərbaycanın və regionun maraqları naminə deyil, həm də bəşər sivilizasiyası üçün dayanıqlı inkişafın vəzifə və məqsədlərinin formalaşmasına yönəltmşdir. Bu geniş miqyaslı fəaliyyətinə görə cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı siyasətçilərindən və dövlət rəhbərilərindən biri kimi tanınır.

Yeri gəlmişkən, Prezident İlham Əliyev konfransda çıxışı və konfrans iştirakçılarının suallarını cavablandırarkən bir sıra mühüm məsələlərə münasibət bildirdi. Azərbaycan Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Məhz bu baxımdan, Azərbaycan Ermənistan münasibətlərinə toxunan ölkə rəhbərimiz vurğuladı ki, Ermənistan hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul edib. Bu prinsiplər Ermənistanla bağlanacaq sülh müqaviləsinin əsasını təşkil etməli, eləcə də sonrakı proseslərin inkişafına öz səmərəsini verməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan iki ölkə arasında sərhədlərin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına razılıq verib. Sülh və qarşılıqlı münasibətlərlə bağlı sualı cavablandırarkən cənab Prezident haqlı olaraq bu məsələlərə real yanaşılmalı olduğunu, Azərbaycan xalqının yaralarının 30 il ərzində sağalmadığını və ona görə də hər şeyin vaxtında və zamanında edilməli olduğunu bildirmişdir.

Çıxışı zamanı Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması məsələsinə toxunarkən cənab Prezident qeyd etmişdir ki, “Azərbaycanla əlaqələrin normallaşması Ermənistan üçün elə imkanlar açacaq ki, bu gün onu proqnozlaşdırmaq belə çətin olardı”. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən məlum 4 Qətnamələrinin yerinə yetirilməməsi ilə bağlı sualı cavablandırarkən dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, “27 ildə onların heç biri icra edilmədi, Azərbaycan özü bu Qətnamələri icra etdi. Qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü idi, onlar həmdə ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Onların nə üçün özlərini qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi isə aydındır”.

Ölkə başçısı qeyd edilən amillərlə yanaşı, digər faktorlara da toxunub və bu xüsusda Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycan-Rusiya ticarət əlaqələrinə təsiri ilə bağlı sualı da cavablandıraraq, sanksiyaların hələ ki, iki ölkə arasındakı ticarət əlaqələrinə neqativ təsir göstərmədiyini, lakin bunun cədvəlinin necə dəyişəcəyinin bilinmədiyini, əgər sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir ildə bunu proqnozlaşdırmaq çətin olduğunu bildirmişdir. Eləcə də yaxın 10 ilə nəzər salan cənab Prezident qeyd etmişdir ki, yaxın 10 ildə biz daha güclü olacağıq, 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz regionunda tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq.

Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdakı çıxışında və konfrans iştirakçılarının suallarını cavablandırarkən verdiyi cavablarda təkcə regionda deyil, həm də dünyada baş verən hadisələrə münasibəti, bu hadisələrə verdiyi qiymət bir daha göstərdi ki, cənab Prezident İlham Əliyev müdrik dövlət başçısı, dünya səviyyəli siyasətçi kimi dünya liderlərindən biridir.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024