Mobil versiya
Azərbaycan Cənubi Qafqazda regional inkişaf üçün yeni zəmin yaradıb
Tarix: 02-05-2022 | Saat: 14:54
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan Cənubi Qafqazda regional inkişaf üçün yeni zəmin yaradıb

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda dünyanın beyin mərkəzlərinin nümayəndələri toplaşmışdı. Onlar bir gün əvvəl Şuşa şəhərində olmu, Qarabağda aparılan quruculuq işlərini gözləri ilə görmüş, azərbaycanın möhtəşəm qələbəsinin nəticələri ilə tanış olmuşdular. Konfransın ikinci günmündə müzakirələrə qatılan Azərbaycan Prezidenti cənab İlham Əliyev qonaqları salamlamış, giriş nitqindən sonra sualları cavablandırmışdır.

Cənab Prezident tarixə ekskurs edərək son 17 ildə apardığı siyasətin xülasəsini vermiş və bildirmişdir ki, bu gün dünya yeni reallıqlarla üzbəüzdür. Bu rellaıqları dərk edərək dövlətin prioritet sahələri, müstəqillik, iqtisadi inkişaf önə çəkilməlidir.
Bu gün Azərbaycan hakimiyyətinin əsas priloritet məqsədlərindən biri regionda davamlı sülhə nail olunması, Qarabağda sosial infrastrukturun sürətli bərpası, yerli əhalinin qayıdışının təmin edilməsidir. Dövlət başçısı bu barədə konfransda danışarkən qeyd etdi ki, erməni seperatizminin nəticəsi olaraq Cənubi Qafqazda regional əməkdaşlıq düz 30 il ləngimişdir. Cənab Prezidentin “ Ermənistanda, həmçinin anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər” fikri  Azərbaycanın sülh və əməkdaşlıq sahəsində real və konstruktiv mövqeyini bir daha ortaya qoymuşdur.

Cənab Prezident konfransdakı giriş nitqində və suallara cavabında qətiyyətlə Azərbaycanın prioritet istiqamətlərini dönə-dönə vurğulamış, bölgədə sülhün, əmin-amanlığın və əməkdaşlığın zəruriyyətini əsaslandırmışdır. O, qeyd etmişdir ki, Ermənistanın regional inkişafın bir hissəsi olması üçün bizim enerji resurslarımızdan faydalanmalı, beynəlxalq enerji və daşımalar marşrutlarına qoşulmalıdır. Bunun üçün ilk növbədə seperatizmdən əl çəkilməli, ziddiyyətli bəyanatlardan, revanşist meyillərdən uzaq durulmalıdır. Ermənistanda hazırda baş verən siyasi proseslər onu göstərir ki, bu ölkənin hakim dairələri anlamağa başlayıblar ki, sülh prosesi onların istəyindən asılı olmayaraq davam edəcəkdir və onlar danışıqlar masası arxasında oturmağa məcburdurlar. Avropa İttifaqının ayırdığı maliyyə vəsaitləri də məhz gələcəkdə dayanıqlı sülhün bərpasına xidmət etməlidir. Əgər onlar bu prosesi də ləngitməyə çalışsalar onda daha ağrılı vəziyyətlə üzləşəcəklər. Bir daha Azərbaycanın sülh üçün təklif etdiyi 5 prinsipi səsləndirən Prezident qeyd etdi ki, “bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.”

Cənab Prezident Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə əlaqələrinə dair sualları cavablandırarkən bildirdi ki, biz daim regionda sülhə dəstək verən, qarşılıqlı əməkdaşlığa əsaslanan əlaqələrə üstünlük verir, bərabərhüquqlu müqavilələrdə iştirakdan məmnunluq duyuruq.
“Şuşa Bəyannaməsi”ni imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik. Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. Bu onu göstərir ki, bizə müharibə yox, sülh, quruculuq və inkişafa yönəlmiş fəaliyyət gərəkdir. Regionumuzda sülh və qarşılıqlı etimad olacaqsa inkişaf da olacaqdır. Bir sözlə, Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Cənab Prezident qeyd etdi ki, beynəlxalq təşkilatların, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə laqeyd münasibəti heç də xoş qarşılanmır.Biz bunu ədalətsizlik və ikili standartlar olması ilə əlaəqləndirirk. Yaxşı olardı ki belə münasibətlərə son qoyulsun. Təbiidir ki, istər –istəməz belə münasibətlər beüynəlxalq qurumların fəaliyyətinə kölgə salır və onlara olan inamı sarsıdır.

Konfransda cənab Prezidentin qeyd etdiyi kimi Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, Azərbaycan dövlətinin onların bütün hüquqlarını və təhlükəsizliyini təmin etməyə hazırdır. Çünki Azərbaycanın multikultural dəyərləri və tolerantlıq nümunəsi olması hamıya məlumdur. Lakin bir şərtlə ki, oradakı ermənilər azərbaycan vətəndaşı olduqlarını qəbul edərək ölkə Konstitusiyasına və qanunlara tabe olsunlar. O zaman azərbaycan dövləti öz vətəndaşlarının bütün problemlərini həll etməyə qadirdir.. Son vaxtlar Qarabağdakı ermənilərdən Azərbaycana müsbət mesajların daxil olması, ermənilərin sürətli iqtisadi inkişafın bir hissəsi olmaq, vahid Azərbaycan dövlətində təhlükəsiz, rahat yaşamaq perspektivi, bunun üçün separatçı tendensiyalardan və istəklərindən vaz keçilməsinin zəruriliyi haqqında düşünmələri müsbət haldır.

Sonda daxili siyasətdə və idarəçilikdə islahatların zəruriliyi anonsunu verən Ölkə Başçısı bütün imkanların xalqın rifahına. İqtisadi inkişafa yönəldiləcəyini bildirmişdir.

Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024