Ali Baş Komandan İlham Əliyev cənubi qafqazda sülh gündəliyinin müəllifidir
Tarix: 01-05-2022 | Saat: 16:49
Bölmə:Ölkə | çapa göndər
Hər zaman verdiyi vədlərə, səsləndirdiyi fikirlərə sadiqliyi ilə seçilən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra regionda yaranmış reallıqlar fonunda yeni missiyasını reallaşdırır - Cənubi Qafqazda sülhün, sabitliyin təmini, müasir əməkdaşlıq platformalarının yaranması. Bütün bunlar İlham Əliyevin son dövrlərdə keçirdiyi bütün görüşlərdə, tədbirlərdə, konfranslarda səsləndirdiyi fikirlərdə də təsdiqini tapır.Bu günlərdə
ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı bunun bariz nümunəsidir.
Dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin Azərbaycana toplaşması heç də təsadüfi deyil. Bu, ilk növbədə təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazda əsas söz sahibi kimi hər zaman öndədir. Azərbyacan bu gün tarixi reallıqlar yaradır. Müzəffər Ali Baş Komandan xalqın birliyinə, millətin mübarizə və ləyaqət duyğularına arxalanaraq regionda sülh carçısı, işıqlı gələcəyə aparan bələdçi rolunu oynayır. Dünyada baş verən proseslərin dərin analizini və təhlilini aparan, siyasi iradə nümayiş etdirən Cənab Prezident hamını, o cümlədən Ermənistan xalqını və rəhbərliyini reallıqları qəbul etməyə, mehriban qonşuluq əsasında yaşamağa çağırıb. Konfransdakı çıxışında ötən illərin analitik təhlilini verən Cənab Prezident dünyanın beyin mərkəzlərinin nümayəndələrinə bildirdi ki, hər bir millətin ləyaqətli yaşamaq haqqı var və Azərbaycan xalqı belə haqqa malikdir. Çünki öz müstəqilliyi, azadlığı və suverenliyi uğrunda ardıcıl mübarizə aparan bu xalq heç vaxt nə işğalla, nə də kimlərinsə eksponsionist siyasəti ilə razılaşmayacaqdır. Cənab Prezidentin “Ən önəmli məsələ heç bir zaman işğalla razılaşmamaqdır. Ən vacib olan budur. Özünü müdafiə etmək əzmi olan ölkənin xalqını heç vaxt məğlub edə bilmərsən. Bu, yalnız müvəqqəti ola bilər” fikri bu günün ən böyük həqiqətidir. Müdrik, uzaqgörən və praqmatik rəhbərin həyata keçirdiyi daxili və xarici siyaətin uğur qazanmasında onun hadisələrə çevik reaksiyası, günün və zamanın nəbzini tutması ilə yanaşı, çox böyük xalq dəstəyinə arxalanmasıdır. Ləyaqət simvolu olan azadlığa təşnəlik bu xalqın ruhunda və canında, onu qələbəyə aparan Liderinin ardıcıl fəaliyyətindədir. Ölkə Başçısı açıq və net şəkildə bildirdi ki, sərhədlərin müəyyənləşdirilməsi zamanı 1918-ci ildən bəri bütün xəritələr təhlil ediləcək, Azərbaycandan zorla qoparılmış torpaqların bir qarışı belə güzəştə gedilməyəcəkdir. Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayan Ölkə başçısı bunun təkcə Azərbaycan üçün deyil, regionun, habelə Ermənistanın da yararına olacağını dəlillərlə əsaslandırdı.O, qeyd etdi ki, “Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.”
Sirr deyil ki, Azərbaycan artıq uzun illərdir ki, Cənubi Qafqaz regionunun lideridir. Odur ki, respublikamızın yerləşdiyi bölgədə burada yaşayan bütün xalqların əmin-amanlığını və yüksək rifahını təmin edə biləcək beynəlxalq əməkdaşlıq da ölkə Prezidentinin hər zaman diqqət mərkəzində olmuşdur: “Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq" deməklə, cənab İlham Əliyev yenidən öz liderlik xüsusiyyətlərini nümayiş etdirdi və bu çağırışla region dövlətlərini, hətta Ermənistanı da sözdə deyil, gerçək reallıqda əməkdaşlıq etməyə çağırdı.Cənab Prezident bu əməkdaşlığın Ermənistan üçün yararlı olacağını, bir dövlət kimi mövcudiyyətinin bundan asılı olduğunu diqqətə çatdırdı. Necə deyərlər, bundan artıq nə etmək olar? Qarşı tərəf papağını başına qoyub fikirləşməlidir. Ya bir dövlət kimi dövlət olmalı, ya da özünün miskin taleyi ilə barışıb, yüz ildir ki, inandığı mifik əfsanələrin əsirinə çevrilməlidir.
Bu gün Cənubi Qaqazda sülh gündəliyini təşviq edən Cənab Prezident bir daha sübut etdi ki, onun düşüncələrinin hakimi xalqımızın, dövlətimizin inkişafıdır.
Vüqar Əliyev,
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025
09:30 Neft yenidən bahalaşdı