İnşa müsabiqəsinin sonuncu dinləmələri baş tutub
Tarix: 30-04-2022 | Saat: 15:31
Bölmə:Təhsil | çapa göndər
Abşeron rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində oxuyan şagirdlər arasında “Qarabağ zəfəri – Heydər Əliyev dühasının təntənəsidir” mövzusunda keçirilən inşa-yazı müsabiqəsinin üçüncü - sonuncu dinləmələri baş tutub. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Təhsil Şöbəsinin və Abşeron rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilib.
Vətən Müharibəsində xalqımızın qazandığı zəfərinin və Ulu Öndər Heydər Əliyevin bu qələbədə zəngin siyasi irsinin rolunun təbliği məqsədi daşıyan inşa yarışında IX, X, XI siniflərin şagirləri iştirtak edir. Üç mövzuda (“Qarabağın zəngin təbii sərvətləri”, “Qarabağın zəngin tarixi – mədəni sərvətləri”, “Şuşa – Qarabağın incisidir”) reallaşan müsabiqəyə bütün məktəblərə hər 3 istiqamət üzrə hazırlanan yazıları təqdim etmək imkanı yaradılıb.
Heydər Əliyev Mərkəzində “Qarabağın zəngin təbii sərvətləri” movzusunda yazılan inşa-yazıların münsiflər heyəti tərəfindən dinlənilməsi həyata keçirilib. Dinləmələrdə Abşeron rayon İcra Hakimiyyətinin ictimai, siyasi, humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, rayon Təhsil Şöbəsinin metodistləri, əməkdar müəllimlər, İctimai Şuranın və Heydər Əliyev Mərkəzinin rəhbərliyi və jurnalistlərdən ibarət münsiflər heyəti iştirak edib.
Qeyd edək ki, hər üç movzuda dinləmələr başa çatdıqdan sonra qaliblər müəyyənləşdiriləcək. Hər istiqamət üzrə I yerə layiq görülən qaliblərə qiymətli hədiyyələr və Fəxri Fərmanlar, digər bütün iştirakçılara isə “Təşəkkürnamələr” təqdim ediləcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024