Mobil versiya
Xəzər rayonunda "İstedad sorağı-2022" devizi altında festival keçirilib - FOTOLAR
Tarix: 29-04-2022 | Saat: 20:20
Bölmə:Təhsil | çapa göndər

Xəzər rayonunda "İstedad sorağı-2022" devizi altında festival keçirilib

Aprelin 29-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şüvəlan 4 saylı Respublika Xüsusi İnternat Məktəbində Xəzər rayon internet məktəbləri arasında festival keçirilib.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə İş şöbəsinin müdiri Zamin Əhmədov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Baş məsləhətçi Dilşad Nuriyeva və 4 nömrəli VHM - İnternatın Tədris işləri üzrə direktor müavini Yeganə Məmmədəliyeva iştirak etmişdir.

Tədbirdə qeyd edilmişdir ki, hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. İdarənin belə tədbirin keçirilməsində məqsədi uşaqlara diqqətin artırılması, gənc istedadların üzə çıxarılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

Tədbirdə 100-ə yaxın internat şagirdi iştirak etmişdir. Onlar əl işləri, rəsm, musiqi nominasiyaları üzrə əl işlərini təqdim etmişlər. Tədbirin sonunda bütün iştirakçılar İdarə tərəfindən diplomla təltif edilmişdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024