Mobil versiya
Abşeron məktəbliləri arasında keçirilən inşa müsabiqəsinin növbəti dinləmələri baş tutub - FOTOLAR
Tarix: 29-04-2022 | Saat: 19:17
Bölmə:Təhsil | çapa göndər

Abşeron məktəbliləri arasında keçirilən inşa müsabiqəsinin növbəti dinləmələri baş tutub

AİA.Az xəbər verir ki, Abşeron rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində oxuyan şagirdlər arasında “Qarabağ zəfəri – Heydər Əliyev dühasının təntənəsidir” mövzusunda keçiriən inşa-yazı müsabiqəsinin növbəti dinləmələri baş tutub. Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon Təhsil Şöbəsinin və Abşeron rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilib.

Vətən Müharibəsində xalqımızın qazandığı zəfərinin və Ulu Öndər Heydər Əliyevin bu qələbədə zəngin siyasi irsinin rolunun təbliği məqsədi daşıyan inşa yarışında IX, X, XI siniflərin şagirləri iştirtak edir. Üç mövzuda (“Qarabağın zəngin təbii sərvətləri”, “Qarabağın zəngin tarixi – mədəni sərvətləri”, “Şuşa – Qarabağın incisidir”) reallaşan müsabiqəyə bütün məktəblərə hər 3 istiqamət üzrə hazırlanan yazıları təqdim etmək imkanı yaradılıb.
Bu gün Heydər Əliyev Mərkəzində “Qarabağın zəngin tarixi – mədəni sərvətləri” movzusunda yazılan inşa-yazıların münsiflər heyəti tərəfindən dinlənilməsi həyata keçirilib. Dinləmələrdə Abşeron rayon İcra Hakimiyyətinin ictimai, siyasi, humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, rayon Təhsil Şöbəsinin metodistləri, əməkdar müəllimlər, İctimai Şuranın və Heydər Əliyev Mərkəzinin rəhbərliyi və jurnalistlərdən ibarət münsiflər heyəti iştirak edib.
Qeyd edək ki, hər üç movzuda dinləmələr başa çatdırdan sonra qaliblər müəyyənləşəcək. Sonda hər istiqamət üzrə I yerə layiq görülən qaliblərə qiymətli hədiyyələr və Fəxri Fərmanlar, digər bütün iştirakçılara isə “Təşəkkürnamələr” təqdim ediləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024