Mobil versiya  Bazar ertəsi, 24 fevral 2025, 21:14:32  
23 yaşlı qız özünü NİYƏ GÜLLƏLƏDİ? - TƏFƏRRÜAT - FOTO
Tarix: 29-04-2022 | Saat: 10:42
Bölmə:Manşet / Ölkə | çapa göndər

23 yaşlı qız özünü NİYƏ GÜLLƏLƏDİ? -

Məlum olduğu kimi, Qəbələnin Nohurqışlaq kəndində 1999-cu il təvəllüdlü Aysun Ədilova yaşadığı ünvanda ov tüfəngindən ürək nahiyəsinə atəş açaraq intihar edib.

aia.az xəbər verir ki. “qafqazinfo.az” 23 yaşlı gəncin intiharı ilə bağlı bəzi məlumatları əldə edib.

Belə ki, məlumata görə, Aysun intihar etməmişdən bir müddət öncə özünə qapanıb. Buna sevdiyi oğlanla arasında yaranan soyuq münasibətin səbəb olduğu bildirilir. Buna görə də Aysun, yaxın ətrafına dəfələrlə yaşamaq istəmədiyini, bezdiyini, özünü öldürəcəyinə dair mesaj ötürüb.

Hadisənin baş verdiyi gün Aysun Ədilova ev işləri görüb. Daha sonra otaqdan atəş səsi eşidilib. Aysunun özünü öldürdüyünü ilk balaca qardaşı görüb, ardınca anasına məlumat verib. İntihar edən gəncin böyük qardaşı isə hazırda hərbi xidmətdədir.

Qeyd edək ki, Aysun Ədilova orta təhsilli olub. O, bir müddət əvvəl Bakıda tibb kursunda təhsil alıb. Eyni zamanda Bakıda marketlərin birində satıcı işləyib.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-02-2025