Mobil versiya
Məzahir Əfəndiyev: Zəfər Qurultayı milli həmrəyliyimizi növbəti dəfə dünyaya nümayiş etdirdi
Tarix: 26-04-2022 | Saat: 18:47
Bölmə:Ölkə | çapa göndər

Məzahir Əfəndiyev: Zəfər Qurultayı milli həmrəyliyimizi növbəti dəfə dünyaya nümayiş etdirdi

Azərbaycanda 2022-ci ilin Prezident İlham Əliyev tərəfindən “Şuşa İli” elan edilməsi dünya mədəniyyətinə, eləcə də regional təhlükəsizliyə, eyni zamanda, sülhə səslənən növbəti çağırış idi.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

Məhz “Şuşa İli”ndə Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsini mənəvi və siyasi baxımdan böyük əhəmiyyət kəsb edən tarixi bir hadisə adlandıran deputat deyib: “Ali Baş Komandan, böyük Sərkərdə, Prezident İlham Əliyevin söylədiyi kimi, dünya azərbaycanlıları İkinci Qarabağ - Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra ilk dəfə toplaşdılar. Xalqımız 30 il davam edən işğala son qoymaq üçün ölkə Prezidentinin ətrafında sıx birləşdi, 44 günlük Vətən müharibəsində gücünü, iradəsini ortaya qoyaraq ədaləti və beynəlxalq hüququ bərpa etdi. Müzəffər Ali Baş Komandan, böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdu.

Beləliklə, bu mötəbər tədbirin məhz Şuşa şəhərində baş tutması ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi kimi, “Biz Qarabağa qayıdacağıq” tarixi sözlərinin gerçəkliyə çevrildiyini nümayiş etdirdi. Şuşa mədəniyyət paytaxtı kimi xalqımız üçün son dərəcə əziz, müqəddəs bir şəhərdir və bu şəhərə olan sevgi, bağlılıq hər bir Azərbaycan vətəndaşının mənəvi varlığının ayrılmaz parçasıdır”.

Dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin təmin edilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin ideyalarının bu gün də aktual olduğunu vurğulayan Məzahir Əfəndiyev deyib: “Prezident İlham Əliyev tərəfindən "Zəfər Qurultayı" adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayı milli birliyimizi, həmrəyliyimizi növbəti dəfə dünyaya nümayiş etdirdi. Qurultay son illər yüksək həmrəylik və birlik nümayiş etdirən, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xüsusi rol oynayan doğma Qarabağımızın işğaldan azad edilməsindən sonra Azərbaycan diasporunun iştirak etdiyi ən böyük toplantıdır. İndiyə qədər keçirilən qurultaylar diaspor quruculuğu işinə əsaslı töhfələr verib.

Qurultayda çıxış edən Prezident İlham Əliyev müharibənin gedişinə, Qələbənin əldə olunması üçün beynəlxalq müstəvidə aparılmış qətiyyətli fəaliyyətə, beynəlxalq ictimai rəyi Azərbaycanın lehinə dəyişmək uğrunda görülən böyük işlərə, ən əsası isə Azərbaycan əsgərinin və bütövlükdə xalqımızın milli həmrəyliyi ilə bağlı vacib məqamlara toxundu. Qısa zaman ərzində işğaldan azad edilmiş torpaqlarda aparılan böyük quruculuq işləri Azərbaycan xalqının Qarabağa qayıdışla bağlı əzmini və mövqeyini ortaya qoyur”.

Məzahir Əfəndiyev qeyd edib ki, belə tədbirlərin keçirilməsi Azərbaycan üçün, onun gələcəyi üçün əhəmiyyətli olmaqla yanaşı, ölkəmizin bölgədə böyük nüfuz və gücə sahib olduğunun göstəricisidir.

Bu qurultaylar dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini bir daha təsdiq edir. Bu barədə dövlətimizin başçısı Zəfər Qurultayında deyib: “Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024