Mobil versiya
Saatlı rayonunda Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçilib - FOTOLAR
Tarix: 26-04-2022 | Saat: 16:54
Bölmə:Ölkə | çapa göndər

Saatlı rayonunda  Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçilib

AİA.Az xəbər verir ki, 26 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının qərargahında rayon İcra hakimiyyətinin nümayəndələrinin, YAP fəallarının və Təhsil işçilərinin iştirakı ilə görkəmli Azərbaycan oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətən müharibəsi şəhidlərinin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etmişlər. Çıxış edən tədbir iştirakçıları görkəmli alimin fəaliyyəti haqqında geniş və ətraflı danışaraq, keçdiyi həyat yoluna nəzər salmışlar, akademik Zərifə xanım Əliyevanın Azərbaycan və dünya oftalmologiya elminə böyük töhfələr bəxş etmiş olduğunu, yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etdiyini xüsusi qeyd etmişlər.

Görkəmli alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi daim xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024