Ödənişli əsaslarla təhsilalanlara da təqaüd veriləcək
Tarix: 26-04-2022 | Saat: 16:29
Bölmə:Təhsil | çapa göndər
Azərbaycanda peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsilalanlara da təqaüd verilməsi nəzərdə tutulur.
AİA.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Peşə təhsili haqqında" Qanunda dəyişiklik təklif edilir.
Dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Dəyişiklik barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, mövcud qanunvericilikdə peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub.
"Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsilalanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub", - deyə o qeyd edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024