Mobil versiya
"Yaşıl dağ" aksiyası çərçivəsində 79 ton kağız yığılıb -
Tarix: 14-05-2016 | Saat: 14:43
Bölmə:Manşet2 | çapa göndər

"Yaşıl dağ" aksiyası çərçivəsində 79 ton kağız yığılıb -




Bu gün IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə kağız tullantılarının toplanmasına həsr olunmuş "Hər kağızı bir yarpağa dəyişək" layihəsi çərçivəsində növbəti "Yaşıl dağ" sosial aksiyası keçirilib.

Aia.Az Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən Dövlət Agentliyinin rəhbəri İnam Kərimov bildirib ki, aksiya çərçivəsində 4 "Yaşıl dağ" yaradılıb. Nəticədə 3 aya 79 ton kağız yığılaraq emala göndərilib. Aksiya ölkədə ekologiyanın qorunmasına, meşələrin qırılmasının qarşısını almağa yönəlib. Tədbir Azərbaycan dövlətinin ekologiyanın qorunması ilə bağlı gördüyü işlərin tərkib hissəsidir.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib ki, dünya əhalisinin sayının durmadan artdığı bir vaxtda ekologiyanın qorunması vacibdir: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da ekoloji mühitin yaxşıldırılmasına, meşələrin bərpa edilməsinə ciddi ehtiyac var. Azərbaycan dövləti öz ekologiyasını qorumaq üçün səy göstərir. Son vaxtlar ölkədə bu tədbirlər çərçivəsində 4 min hektardan artıq damcılı suvarma vasitəsilə meşə zolağı salınıb. Nə qədər kağız toplansa, yaşıllıqların məhv olmasının qarşısı bir o qədər alınar. Azərbaycan faunasında hazırda 10 minə yaxın canavar, 7 min ayı var. Gəlin elə edək ki, bu heyvanların adı "Qırmızı kitab"a düşməsin. Azərbaycan faunasını qorumaq və zənginləşdirmək üçün əlimizdən gələni etməliyik".

Aksiyada çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov isə bildirib ki, son dövrlərdə ekologiyada mənfi proseslər gedir. Bunun qarşısını almaq üçün Azərbaycanda əhəmiyyətli tədbirlər görülür və bu tədbirlər davamlı olmalıdır. Bu gün Azərbaycanda ekoloji mühitin yaxşılaşdırılması prioritet məsələlərdən birinə çevrilib.

Tədbir Bakı məktəblilərinin hazırladığı ekologiyanın qorunması ilə bağlı səhnəciklərlə davam edib.

Tədbirin sonunda aksiya iştirakçıları topladıqları kağızları emal üçün təhvil veriblər.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5524 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}