Enerji sahəsində Azərbaycan-Koreya əməkdaşlığı müzakirə edilib
Tarix: 26-04-2022 | Saat: 10:18
Bölmə:İqtisadiyyat | çapa göndər
Energetika naziri Pərviz Şahbazov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqı qəbul edib.
aia.az xəbər verir ki, görüşdə iki ölkə arasında diplomatik əlaqələrin, iqtisadi-ticari münasibətlərin inkişafına toxunulub, energetika sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərindən bəhs edilib.
Səfir Koreya şirkətlərinin energetika, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yüksək texnoloji imkanlara və böyük təcrübəyə malik olduğunu və onların Azərbaycanda həyata keçirilən layihələrdə iştiraka maraqlarını bildirib.
Energetika naziri isə ötən il Koreyadan olan yüksək səviyyəli nümayəndə heyətlərinin Bakıya səfərləri zamanı keçirilmiş görüşlərin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyini və enerji sektorunda gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024