Mobil versiya
Zəfər Qurultayı milli həmrəyliyimizin dünyaya nümayişidir
Tarix: 26-04-2022 | Saat: 10:07
Bölmə:Ölkə | çapa göndər

Zəfər Qurultayı milli həmrəyliyimizin dünyaya nümayişidir

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi, dünya azərbaycanlılarının həmrəyliyinin təzahürü olmaqla yanaşı, çox mühüm mənəvi, siyasi əhəmiyyətə malik qürurverici bir tarixi hadisədir. Bütün dünya ictimaiyyəti bir daha dünya azərbaycanlılarının öz Prezidenti ətrafında sıx birləşməsinə, həmrəyliyinə şahidlik etdi.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, Zəfər Qurultayı bir sıra məsələlər baxımından əlamətdar oldu. Qurultayda Azərbaycan diasporunun qarşısına yeni vəzifələr qoyuldu, növbəti illər üçün fəaliyyət planı müəyyənləşdirildi. Qələbəmizin memarı, qətiyyətli, uzaqgörən, müdrik Lider, Prezident İlham Əliyev Zəfər Qurultayında nitqində Ermənistandakı revanşist qüvvələrə və onun havadarlarına Şuşadan növbəti dəfə mühüm mesajlar göndərdi. Prezident bir daha bəyan etdi ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistan üçün son şansdır. Yaxşı olardı ki, Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən nəticə çıxarsın və arabir baş qaldıran revanşist qüvvələrin təxribatlarının Ermənistan üçün hansı ağır nəticələrə gətirib çıxaracağını nəzərə alsın.

Milli Məclisin deputatı deyib ki, eyni zamanda, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımayacağını vurğulayan dövlətimizin başçısı, Ermənistan hakimiyyətinin ölkəmizin Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqları qəbul etməli olduğunu diqqətə çatdırdı. Artıq erməni cəmiyyəti də yaxşı anlayır ki, Ermənistandakı mövcud revanşist qüvvələr və onların pozuculuq fəaliyyəti Ermənistanı məhvə sürükləyir. İllərdir erməni cəmiyyətini öz yalanları ilə aldadan bu revanşist qüvvələr, həm İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətin, həm də mövcud iqtisadi, siyasi, sosial böhranın əsas səbəbkarlarıdır.

“Şuşada reallaşan Zəfər Qurultayı milli həmrəyliyimizin dünyaya nümayişi, diaspor təşkilatlarının fəaliyyətinin inkişafına təkan verilməsi və digər bir sıra möhtəşəm hadisələr baxımından əlamətdar oldu. Əlbəttə, belə qürurverici anları bizə yaşadan, bizi həmişəlik qalib xalqa çevirən Prezident İlham Əliyev və onun həyata keçirdiyi müdrik, uzaqgörən daxili və xarici siyasətdir. Birliyimiz, həmrəyliyimiz əbədidir! Var olsun birliyimiz, var olsun həmrəyliyimiz!”, - deyə S.Vəliyeva qeyd edib.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024