Mobil versiya
Səs yazısı yayılan direktor müavini işdən çıxarıldı
Tarix: 25-04-2022 | Saat: 19:16
Bölmə:Təhsil | çapa göndər

Səs yazısı yayılan direktor müavini işdən çıxarıldı

Bir neçə gün əvvəl Sumqayıt şəhərində yerləşən 26 saylı orta məktəbin direktoru olduğu bildirilən Arzu Şükürovanın rüşvət istədiyinə dair səs yazısı yayılıb.

Məsələ ilə bağlı Sumqayıt rayon Təhsil Şöbəsindən APA-ya bildirilib ki, Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəbin direktor təyin olunanadək direktor vəzifəsi müvəqqəti olaraq məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavininə havələ edilib:

"Sözügedən məsələ ilə bağlı səs yazısı təsərrüfat işləri üzrə direktor müavinin texniki işçilərdən pul tələb etməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq təsərrüfat işləri üzrə direktor müavini vəzifəsindən azad edilib, direktor vəzifəsinin həvaləsi isə direktor müavinindən geri götürülüb. Məktəbdə müəllim və şagirdlərdən heç bir vəsait tələb olunmayıb. Texniki işçilərdən pul tələb edilməsi ilə bağlı məlum səsyazısı məktəbin təsərrüfat işləri üzrə direktor müavininə aiddir".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024