Mobil versiya
Göygöl rayonunda Vətən müharibəsi şəhidi İmdad Tağıyevin doğum günündə xatirəsi anılıb - FOTOLAR
Tarix: 25-04-2022 | Saat: 19:04
Bölmə:Ölkə | çapa göndər

Göygöl rayonunda Vətən müharibəsi şəhidi İmdad Tağıyevin doğum günündə xatirəsi anılıb

AIA.Az xəbər verir ki, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon İcra Hakimiyyətinin əməkdaşları Babək Rəsulov, Sadiq Abbaszadə, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun köməkçisi Namiq Məmmədov, QƏQİB-in rayon şöbəsinin sədri Araz Abbasov, partiya fəalları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri Vətən müharibəsində xüsusi qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış İmdad Tağıyevin doğum günü münasibətilə Göygöl rayon Mollacəlilli kəndində məzarını ziyarət etmişlər.

Ziyarət zamanı məktəblilər tərəfindən şeirlər səsləndirilmiş, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunmuşdur. Sonra şəhid İmdad Tağıyevin xatirəsinə inşa olunmuş bulaq kompleksi ziyarət olunmuşdur. YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, qəhrəman oğul böyütdüklərinə görə onlara təşəkkürünü bildirib. Görüş zamanı İmdad Tağıyevin döyüşlərdə böyük hünər və rəşadət göstərdiyindən söhbət açılmış, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin atasına təqdim olunmuşdur. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024