Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı işə başladı
Tarix: 25-04-2022 | Saat: 18:03
Bölmə:Media | çapa göndər
Müzəffər Ali Baş Komandan İlham Əliyev Qurultayda çıxış etdi. Dünya azərbaycanlılarının öncəki qurultaylarında və digər çıxışlarında Prezident İlham Əliyev Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirib. Bu çıxışında da Müzəffər Ali Baş Komandan tarixi Zəfərə aparan yolu və onun nəticəsini qələbə simvolumuz olan Şuşadan xalqa və qurultay iştirakçılarına çatdırdı. Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.
Prezidenti İlham Əliyev çıxışında "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər” deyib.
Dövlət başçısı öncə diqqəti ona yönəltdi ki, 44 günlük müharibədə əldə edilən tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir. Qurultayın isə Zəfər adı daşıması təsadüfi deyil: “Ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”. İndi Azərbaycanın yaratdığı yeni reginal reallıqlar fonunda dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu müstəsna önəm kəsb edir. Faktdır ki, xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyyətinin koordinasiyası milli həmrəyliyin güclənməsinə, strateji hədəflərin reallaşmasına təkan verib. Bu mənada, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin əhəmiyyəti də böyükdür. Bunun mühüm mənəvi-siyasi əhəmiyyəti, rəmzi mənası var. Qeyd edək ki, indiyə qədər keçirilmiş 4 qurultay dünya azərbaycanlılarının həmrəyliyinin güclənməsinə müstəsna töhfə verib. Beşinci qurultay isə Zəfər təntənəsidir, yeni Qələbə salnaməsinin yaradılmasıdır. Elə bu səbəbdən Zəfər Qurultayı zəngin dövlətçilik tariximizin parlaq səhifələrindən biri olacaq. Bu Zəfərin əldə edilməsində bütün azərbaycanlıların öz payı var. Məsələnin bu tərəfinə toxunan prezident İlham Əliyev qeyd edir: ”Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi... Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”.
Postmüharibə dövründə Prezident İlham Əliyev diplomatiyasının ən parlaq nəticələrindən biri də məhz aparıcı beynəlxalq təşkilatların Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etməsidir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir, BMT Şuşada beynəlxalq tədbir keçirdi, qonşu ölkələr postmünaqişə reallıqlarını qəbul ediblər və 3+3 formatda əməkdaşlıq formatı yaranıb. Dünyanın aparıcı ölkələrinin rəhbərlərinin açıqlamaları və məsələ münasibətləri onu göstərir ki, onlar yeni geosiyasi reallığı qəbul edir.Müharibə bitdikdən sonra Prezident İlham Əliyev müxtəlif tribunalardan Ermənistana sülh çağırışları edib. Bu dəfə Şuşada da bu məsələ xüsusi vurğulandı. Ermənistan artıq 5 baza prinsip şərtini qəbul etdiyini bəyan edib. Ermənistan rəhbərliyi rəsmən etiraf etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024