Ağdam, Füzuli və Cəbrayılda su təchizatı sisteminin tikintisinin başlanacağı vaxt açıqlanıb
Tarix: 23-04-2022 | Saat: 18:16
Bölmə:Media | çapa göndər
Ağdam, Füzuli və Cəbrayıl rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələr yaxın üç ay ərzində tam hazır olacaq və sonra tikinti işlərinə başlanılacaq.
Bunu “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin hazırlanması üzrə işlər davam edir. C.Məmmədov deyib ki, azad edilmiş ərazilərdə “Azərsu” ASC-nin ilkin fəaliyyəti həmin ərazilərdə mövcud olan qurğuların bərpası ilə bağlı olub:
“Məqsədimiz azad edilmiş ərazilərdəki obyektlərimizi su ilə təmin etmək olub”.
Xatırladaq ki, ötən il Ağdam rayonunda su mənbəyinin müəyyən olunması ilə bağlı tədqiqat işlərinə başlanılıb. Ağdamda iki ədəd kəşfiyyat quyusu qazılıb, bu quyuların tədqiqatı aparılıb. Bu tədqiqatların nəticəsinə görə, bütün Ağdam şəhəri subartezian quyularından su ilə təmin olunacaq.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərlərin baş planları təsdiq edilir və bundan sonra “Azərsu” layihə işlərinə başlaya bilir. Hazırda isə yalnız Ağdam və Füzulinin baş planları təsdiq edilib
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-12-2024