Mobil versiya
“Badamdar şosesi 13A” ünvanında Yeni Azərbyacan Partiyası Səbail rayon ərazi partiya təşklatının ilk təsis iclası keçirilib. - FOTOLAR
Tarix: 23-04-2022 | Saat: 18:02
Bölmə:Media | çapa göndər

“Badamdar şosesi 13A” ünvanında Yeni Azərbyacan Partiyası Səbail rayon ərazi partiya təşklatının ilk təsis iclası keçirilib.

AİA.Az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iştirak edib.YAP-ın sədri cənab Prezident İlham Əliyevin təhsil,idman,səhiyyə  sahəsində apardığı düşünülmüş və məqsədyönlü siyasətdən danışan M.Nağıyev bildirdi ki, ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi üçün əsaslı işlər görülür, təhsil ocaqlarımızın maddi-texniki təchizatının yaxşılaşdırılması, yeniləşdirilməsi hər zaman ölkə başçısı

İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqət mərkəzindədir.

Tədbirdə çıxış edən Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının fəaliyyətindən geniş şəkildə məlumat verib,hər kəsə uğurlar arzu edərək “Badamdar şosesi 13A” ünvanında yaradılan ərazi partiya təşklatının prosedur qaydalarını izah edib.Sonra üzvlər arasında səsvermə keçirilərək Məmmədova Aytən sədr seçildi. Ərazi partiya təşkilatının yeni sədri ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirdi və bu etimadı layiqincə doğrultmağa çalışacağını vurğuladı. Bildirdi ki, bizim artıq güclü dövlətimiz var – müstəqil Azərbaycan dövləti. Biz bu dövlətin vətəndaşlarıyıq. İclasda, həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024