Mobil versiya
"Sülh müqaviləsinin imzalanmasından, ilk növbədə, Ermənistan özü fayda əldə edəcək"
Tarix: 23-04-2022 | Saat: 11:28
Bölmə:Ölkə | çapa göndər

"Sülh müqaviləsinin imzalanmasından, ilk növbədə, Ermənistan özü fayda əldə edəcək"

Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, ilk növbədə, Ermənistan özü fayda əldə edəcək.

Bunu M.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev deyib.

Onun sözlərinə görə, heç kimə sirr deyil ki, artıq 30 ildir Ermənistan Cənubi Qafqaz regionunda iqtisadi baxımdan ən zəif inkişf etmiş ölkədir. Digər tərəfdən, regionda hər şey bir-biri ilə qarşılıqlı əlaqəlidir və 30 il davam etmiş münaqişə regionun bütün ölkələri üçün humanitar baxımdan faciə oldu.

"Bu məsələnin həlli bir çox nəqliyyat, logistika və enerji layihələrinin reallaşdırılması üçün imkanlar açır və iqtisadiyyat vasitəsilə vaxt keçdikcə sırf insani münasibətlər tədricən bərpa oluna bilər. Məhz buna görə də Cənubi Qafqazda uzunmüddətli sülhün qurulması hava-su kimi vacibdir, sülh müqaviləsi isə regionun inkişafı üçün baza sənədi qismində lazmdır. Bu, təkcə bilavasitə region ölkələri üçün deyil, həm də Rusiya, Türkiyə və İrana da lazımdır", - deyə o bildirib.

Diasporun gələcək məqsədlərindən danışan İ.Ağakişiyev vurğulayıb ki, Qarabağ ərazisi dağıdılıb və işğalçı minalanmamış ərazi qoymayıb.

"Bir nöqtədə bir neçə mina döşənib. Ona görə də təkcə diasporun yox, həm də bu insanların yaşadığı ölkələrin məqsədi ərazilərin minalardan təmizlənməsi və bərpası olmalıdır. Çalışmaq lazımdır ki, insanlar buraya İsveçrəyə getdikləri kimi istirahətə gəlsinlər", - İ.Ağakişiyev deyib

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024