Mobil versiya
Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib - FOTOLAR
Tarix: 23-04-2022 | Saat: 10:33
Bölmə:Media | çapa göndər

Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir. Qəbulda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.

Tədbirdə sakinlər rayon ərasisində bəzi küçələrə şəhidlərin adlarının verilməsində, sənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsində, iş yerlərinin açılmasında və işə düzəldilməsində və eləcə də digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
Yekunda RİH başçısı Abdin Fərzəliyev Abşeron rayonunda yeni iş yerlərinin yaradılması, investorların cəlb edilməsi və sərmayə qoyulması istiqamətində addımların atıldığını qeyd edərək hazırda rayon ərazisində böyük sahibkarlıq obyektlərinin fəaliyyət göstərdiyini bildirmişdir.
Növbəti gün isə rayonun Masazır kəndində sakinlərin səyyar qəbul-görüşü keçirilmişdir. 5 nömrəli tam orta məktəbdə baş tutan qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Qəbuldan əvvəl Masazır kəndində məişət tullantılarının yığılmasında istifadə olunacaq yeni alınan xüsusi avtomobilin təqdimatı keçirilmişdir. Bildirilmişdir ki, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin maddi texniki bazasının gücləndirilməsi, şəhərsalma prinsipləri əsasında kənd və qəsəbələrdə məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi işinin müasir standartlara uyğunlaşdırılması istiqamətində bir sıra proqramlar həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq artıq idarənin 2 xüsusi avtomobillə təmin olunduğunu və onlarından birinin Xırdalan şəhərində, digərinin isə Masazır kəndi ərazisində yaranan məişət tullantılarının yığılmasında istifadə ediləcəyi qeyd edilmişdir. O da vurğulanmışdır ki, gələn ay daha 2 yeni avtomobil gətiriləcək və rayonun bütün kənd və qəsəbələrində məişət tullantılarının toplanması müasir avtomobillər vasitəsi ilə həyata keçiriləcəkdir.

Məktəbin akt zalında davam etdirilən qəbulda RİH başçısı hər həftə rayonun kənd və qəsəbələrində əhali ilə görüşlərin keçirildiyini qeyd edərək son illərdə Masazır kəndində sakinlərin sayının sürətli artımının və bununla əlaqədar olaraq bəzi təlabatların yaranmasının müşahidə edildiyini söyləmişdir. Həmin məsələlərin qarşılanması istiqamətində müvafiq addımların atıldığını vurğulayan başçı kənd və qəsəbələrin problemlərinin dərindən öyrənildiyini və xüsusi proqramların hazırlandığını qeyd etmişdir.

Sakinlər də öz növbəsində şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlərin görülməsində, daxili küçələrin abadlaşdırılmasında, kəndin məişət tullantılarından təmizlənməsində və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə həll edilmişdir. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024