Mobil versiya
Vüsal Əmiraslanov: Heydər Əliyevin dil siyasəti gləcək nəsillərə örnəkdir
Tarix: 22-04-2022 | Saat: 16:31
Bölmə:Ölkə | çapa göndər

Vüsal Əmiraslanov: Heydər Əliyevin dil siyasəti gləcək nəsillərə örnəkdir

H.ƏIiyev və Azərbaycan dili! Bu iki ad XX əsrin 60-cı iliərindən həmişə qoşa çəkilmişdir. Çünki H.ƏIiyev Azərbaycanda səlahiyyət sahibi olduğu andan - 1969-cu ildən ömrünün sonuna kimi Azərbaycan dilinə təkcə adi ünsiyyət vasitəsi kimi deyil, onu həmçinin dövlət siyasətinə çevirmiş, bir an da olsa, diqqətdən yayındırmamışdır. H.ƏIiyev bütün sahələrdə, o cümlədən ana dilimizin inkişafında, təbliğində özü örnək olmuş, N.Nərimanovun bu sahədəki əvəzsiz fəaliyyətini davam etdirmişdir. H.ƏIiyevə qədər Azərbaycan dilini elmi əsaslarla, əyani təbliğ edən ikinci şəxs təsəvvür etmək çox çətindir. O hər bir auditoriyanın dilini, səviyyəsini məharətlə müəyyənləşdirir, nitqini bu istiqamətdə qurur. Hələ ruslaşdırma siyasətinin güclü 14 olduğu 60-80-ci illərdə belə, Azərbaycan dilini qoruyub saxlamaq, inkişaf etdirmək onun həyat amalı olmuşdur. H.ƏIiyev Azərbaycan xalqının və onun dilinin mənşəyi, formalaşması, sabitləşməsi kimi məsələlərə çox ciddi yanaşır, bütün bunları elmi faktlarla əsaslandırır. H.Əliyevin Azərbaycan dili ilə bağlı dilçilik görüşləri çoxcəhətlidir. Onun çıxışlarında yeri gəldikcə dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba, üslublar və sair yaxşı, özü də yerli-yerində əsaslandırılır. O, Azərbaycan dilinə xalqımızın əvəzsiz sərvəti, tarixi, mədəniyyəti, mədəni sərvəti kimi yanaşır. Bunu onun alimlərlə, yaradıcı ziyalılarla, diplomatlarla, tələbələrlə, xaricdə yaşayan həmvətənlərimizlə, təsərrüfat adamları ilə söhbətlərində duyur, eşidir və fəxr edirdik.
H.ƏIiyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü ən böyük xidmət dilimizə Dövlət statusu verilməsi istiqamətində gördüyü əməli işlərdir. Xüsusilə son bir neçə ildə Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı hörmətli prezidentimiz H.ƏIiyev cənablarının imzaladığı tarixi fərman və sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan yaratmışdır. 18 iyun 2001 -ci il! Bu, Azərbaycan xalqının tarixində əlamətdar bir gün kimi qalacaqdır. Məhz bu tarixdə H.ƏIiyev cənabları «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» müstəsna dəyəri olan bir fərmana qol çəkdi. Ondan bir neçə gün sonra - 4 iyul 2001-ci il tarixdə «Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında» sərəncama imza atdı. 9 avqust 2001 -ci il tarixdə «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında» fərman verildi. Bütün bu fərman və sərəncamların verilməsi milli qeyrət, mənəvi saflıq, dövlətə, xalqa, onun dilinə sədaqət, nəhayət, bu sahədə dərin bilik tələb edirdi.Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün   lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.

Böyük öndər Heydər Əliyev ümumrespublika tədbirlərində azərbaycanca danışmaqdan çəkinmirdi,neçə illər ərzində küncə sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi. Hansı ki o dövrdə bu böyük cəsarət tələb edirdi. Çünki bu hərəkətlər imperiya maraqlarına zidd idi. Lakin Heydər Əlirza oğlu bu cəsarət nümunəsini göstərərək ana dilinə sədaqətini, Vətənə məhəbbətini biruzə verdi və heç zaman da bu yoldan dönmədi.
1995-ci ildən etibarən, yəni müstəqil dövlətimizin Konstitusiyası qəbul olunduqdan    sonrakı dövrlərdə dil quruculuğunun intensivliyi çox mühüm qərar və sənədlərlə müşayət olunmuşdur.Azərbaycan Prezidenti İlham Əliyev də bu ali ideyaları, uzaqgörən siyasəti layiqincə davam etdirmiş, ona yeni impuls vermiş, ana dilinin həyatımızın bütün sahələrində tam tətbiqi işini gerçəkləşdirmişdir.

Vüsal Əmiraslanov,
YAP Gədəbəy Rayon Təşkilatı
Qaravəlilər kənd Ərazi Partiya Təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024